Bişkekdə keçirilən Azərbaycan musiqisi günü qırğız mətbuatında
Tarix: 04.11.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Bişkekdə rus dilində çap edilən “Slovo Kırqızstana” qəzetində bu şəhərdə keçirilən Azərbaycan musiqisi günü ilə bağlı məqalə dərc olunub.
Məqalədə bildirilib ki, Azərbaycan musiqisi günü çərçivəsində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası göstərilib. Müəllif Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun mərasimdəki çıxışına istinadən oxuculara operetta haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu əsər 76 ölkənin 187 teatrında səhnəyə qoyulub. Onun əsasında hələ 1945-ci ildə çəkilmiş film isə 136 ölkədə göstərilib. Qeyd edilib ki, bütün müsəlman Şərqində Üzeyir Hacıbəyli ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisidir.
Yazıda, həmçinin səfirin Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrlə bağlı fikirlərinə yer verilib. H.Orucov ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyib. O, əlaqələrimizin daha da dərinləşməsinin Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindən olduğunu deyib. Səfir son vaxtlar həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox humanitar tədbirlərin keçirildiyini, bu tədbirlərin qardaş xalqlarımızı daha da yaxınlaşdırdığını diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info