“The Hill“ ABŞ-ın Azərbaycanla bağlı siyasətini tənqid etdi
Tarix: 04.11.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“O faktı qeyd etməmək çətindir ki, Vaşinqton regionun başqa ölkələrindən daha çox Azərbaycanı tənqid etməyə cəhd göstərir”. Bu barədə İsrailin “Netsmart” nəşrinin baş redaktoru Maayan Yaffenin "The Hill" qəzetinin saytında yerləşdirilmiş məqaləsində deyilir. Müəllif yazır: "Hətta indi Vaşinqtonun ən qatı düşməni İranın ünvanına tənqidlər ABŞ-ın müttəfiqi Azərbaycana tənqidlərdən daha az səslənir. Bundan başqa, ABŞ görünür ki, Azərbaycanın qonşusu, repressiyaların gücləndiyi, Rusiyanın xeyrinə öz suverenliyini qurban verən, həqarətli şərtlər altında Gömrük İttifaqına qoşulan Ermənistandan çox razıdır". Məqalədə deyilir ki, ədalətli olaraq, bütün bunlar azərbaycanlılara yaxşı əlaqələndirilmiş neqativ kampaniya kimi görünür. "Yəhudi dövlətinə qarşı yaxşı maliyyələşdirilmiş kampaniya məsələsində İsrailin təcrübəsini nəzərə alaraq, belə şübhələr təəccüb doğurmamalıdır". İsrail ilə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət ölkə olan Azərbaycan arasında münasibətlər Avropada, indidə ABŞ-da müsəlmanların son antisemit çıxışlarını nəzərə alaraq, bir növ ümid işıltısıdır. Müəllif yazır ki, sentyabrın ortalarında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla yəhudi dövləti ilə müsəlman ölkəsi arasında sıx əlaqələr barədə danışmaq üçün Nyu-Yorka, Vaşinqtona, Kolumbiya dairəsinə və Filadelfiyaya birgə səfərlər məqsədilə görüşmüşdü. Danışıqlar zamanı Süleymanov qeyd etmişdi ki, onun ölkəsi Amerika administrasiyası və KİV tərəfindən insan haqları məsələsində tez-tez və haqsız tənqidlərin obyektinə çevrilir. Müəllif yazır ki, Azərbaycan xalqı özünün bütün tarixi ərzində təkcə Qərb üçün deyil, həm də yəhudilər üçün açıq olub. Azərbaycanda antisemitizm yoxdur.
Məqalədə deyilir: "İsrail özünün neftə olan tələbatının 40 faizini Azərbaycanın hesabına təmin edir. Və HƏMAS-la son müharibə baş qaldıranda və bir çox ölkələrin təyyarələri İsrailə uçuşları dayandıranda Azərbaycan uçuşları davam etdirdi". E.Süleymanovun sözlərinə görə, Qərb tez-tez Azərbaycanda dünyəvi və açıq cəmiyyətin qorunub saxlanmasını səhv anlayır. Müəllif yazır: "Daha açıq cəmiyyətin saxlanması ilə bağlı həmin səylər siyasi təzyiq kimi tənqid edilir". Yaffe yazır ki, yəhudilərin daha çox təcrid edilmiş kimi göründüyü və İsrailin tez-tez müsəlman ekstremizminin məhv edilməsi üçün tək mübarizə aparmalı olduğu vaxtda müsəlmanların və yəhudilərin bir yerdə yaşaya bildiklərini və İsrailin Azərbaycanın şəxsində tərəfdaşa malik olduğunu bilmək xoşdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info