“Azərbaycanda kiçik xalq olmağımıza baxmayaraq, Prezident İlham Əliyev bizə diqqət göstərir”
Tarix: 04.11.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının fəaliyyət göstərdiyi Dağ yəhudiləri sinaqoqunda olub. Dövlət komitəsinin sədri Mübariz Qurbanlı sinaqoqla yaxından tanış olandan sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının idarə heyətinin üzvləri ilə görüşüb. İdarə heyətinin üzvləri adından dövlət komitəsi sədrini səmimi salamlayan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev icmanın fəaliyyəti haqqında geniş məlumat verib. Ölkəmizdə dinə göstərilən xüsusi qayğıdan söhbət açan icma sədri qeyd edib ki, Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olub. Ölkədə bütün azsaylı xalqlara, dinlərə, millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini deyən icma sədri ölkə başçısının din sahəsinə diqqət və qayğısından danışıb. O, bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir: “Azərbaycanda kiçik xalq olmağımıza baxmayaraq, Prezident İlham Əliyev bizə diqqət göstərir. Dağ yəhudiləri özlərinin və övladlarının taleyini ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevə etibar edir". Dini icmanın fəaliyyəti ilə yaxından tanış olan dövlət komitəsinin sədri respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb: "İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik".
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədlinin də iştirak etdiyi görüşdə Azərbaycanda yəhudi icmasının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info