“Xaricdən maliyyələşən QHT-lər gənc demokratiyanın stabilliyini poza bilərlər”
Tarix: 04.11.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın tənqid edildiyi Avropada qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti haqqında məruzəsi qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsi zamanı şəffaflıq prinsipini nəzərə almır". Bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun “prnewswire.com” saytında yerləşdirilmiş məqaləsində deyilir.
Onun sözlərinə görə, AŞ PA-nın məruzəsi bu sahədə baş verənlərin tam mənzərəsini əks etdirmir: "Bəzi beynəlxalq QHT-lərin “siyasi məhbuslar” məsələsinə gəldikdə, AŞ PA Hüquqi məsələlər və insan haqları üzrə komissiyanın məruzəçisi Pedro Aqramunt tərəfindən hazırlanan digər məruzəni gözləməlidir".
Deputat bildirib ki, hər iki məruzənin yekunu Azərbaycanda QHT-lərə vahid yanaşmanın hazırlanması baxımından vacibdir: “Siyasi məhbuslar”ın əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə azadlıqdan məhrum ediliblər. Vergidən yayınma məsələsi bir çox hallarda onların xaricdə fəaliyyətləri zamanı maliyyələşdirmə faktlarının gizlədilməsi ilə bağlıdır".
Onun sözlərinə görə, Azərbaycan yerli QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaf xarakter daşımasına can atır.
E.Süleymanov qeyd edib ki, göstərilən qayda AŞ PA-ya üzv olan bütün ölkələrə münasibətdə qüvvədədir.
Onun sözlərinə görə, QHT-lərin tərtib etdikləri “siyasi məhbusların” siyahısı siyasi məna kəsb edir və hüquqi qüvvəyə malik deyil.
Deputat bildirib ki, QHT-lər xaricdəki “havadarların" köməyi ilə gənc demokratiyanın stabilliyini poza bilərlər və yetkin demokratiyalara bunu xatırlamaq lazımdır: "Nə üçün kiçik ölkələrdəki fəallar xaricdəki donorlardan belə böyük qrantlar alırlar? Bu məsələni məruzəçi Aqramunt da qaldırıb".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info