Azərbaycanın inkişafı İtaliya mətbuatında
Tarix: 04.11.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


İtaliyanın daha bir xəbər portalında - “Lavorare all estero”da Azərbaycanın sürətli iqtisadi inkişafından, ölkəmizdə əldə olunan nailiyyətlərdən bəhs edən məqalə yerləşdirilib.
Müəllif oxucuları postsovet məkanında dinamik inkişafına görə fərqlənən Azərbaycanı daha yaxından tanımağa çağırır və ölkəmizdəki bu tərəqqini statistik rəqəmlərlə göstərir. Bildirilir ki, Azərbaycanda işsizliyin səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Dünya ölkələrinin çətin iqtisadi vəziyyətdə olduğu dövrdə belə Azərbaycanda inkişaf prosesi davam edir. Daxili və xarici sərmayə yatırımlarının həcmi getdikcə artmaqdadır. Bu ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahəsinin inkişafına da xüsusi önəm verilir. Tikinti və infrastruktur layihələri bu baxımdan xüsusi yer tutur.
İtaliya-Azərbaycan əlaqələrinə toxunulan yazıda diqqətə çatdırılır ki, italiyalı iş adamları bu ölkədə fəaliyyət göstərməkdə maraqlıdırlar. Nəzərə alsaq ki, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görülür, İtaliya şirkətləri bu imkandan geniş istifadə edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi icra edilir
24.05.2019
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info