Mao Biao: “Azərbaycan Çinin yaxın dostudur”
Tarix: 04.11.2014 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Noyabrın 4-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini və Çin Xalq Respublikasının Sülh və Tərksilah Cəmiyyətinin sədr müavini Mao Biaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ziyafət Əsgərov Azərbaycanın Çin ilə bütün sahələrdə münasibətlərə önəm verdiyini deyib. Milli Məclisin sədr müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına xüsusi təkan verdiyini bildirib.
Həm Azərbaycanın, həm də Çinin sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu deyən Z.Əsgərov qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən ticarət, elm, təhsil, səhiyyə, turizm sahələrində əlaqələri daha da dərinləşdirmək üçün kifayət qədər potensial var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verən Z.Əsgərov bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Vurğulanıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur.
Azərbaycanın Çinin yaxın dostu olduğunu deyən Mao Biao ölkəsinin rəsmi Bakı ilə münasibətləri hər zaman yüksək qiymətləndirdiyini qeyd edib. O, bildirib ki, səfərinin məqsədi ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında münasibətlərin inkişafına təkan verməkdir. M. Biao humanitar sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Çinin mövqeyinin dəyişməz qaldığını xatırladan qonaq problemin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinin tərəfdarı olduqlarını deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info