142 -“Çağrı mərkəzi” əmək, məşğulluq və sosial müdafiə ilə əlaqədar sorğular təşkil edib
Tarix: 04.11.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-“Çağrı mərkəzi”nə 5 560 müraciət daxil olub ki, onların 90,6 faizini nazirliyin fəaliyyət sahələri ilə bağlı vətəndaşların sorğuları təşkil edib. Belə ki, qeyd edilən dövrdə 142- “Çağrı mərkəzi”nə əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı məsələləri ilə əlaqədar edilən 3 387 müraciətin 3 201-i (94,5 faiz), sosial təminat növlərindən istifadə, o cümlədən sosial müavinət məsələləri ilə əlaqədar daxil olan 1 597 müraciətin 1 364-ü (85,4 faiz) sorğu xarakterli olub. Habelə əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair edilən 305 müraciətdən 235-i (77 faiz) və məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 271 müraciətdən 240-ı (88,5 faiz) vətəndaşların həmin mövzularla bağlı sorğularından ibarət olub. 142-“Çağrı mərkəzi”nə daxil olan sorğu xarakterli müraciətlərə cavab olaraq ƏƏSMN-nin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib, digər müraciətlərlə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv tədbirlər görülüb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info