Mehriban Əliyeva Peter Siyarto ilə görüşüb
Tarix: 04.11.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Azərbaycan-Macarıstan əlaqələrinin ildən-ilə inkişaf etdiyini deyən Mehriban Əliyeva iki ölkə arasında əməkdaşlığın bir çox sahələri əhatə etdiyini vurğulayıb. İqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi qeyd edən Mehriban Əliyeva Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən də danışıb, səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu bildirib. Birinci xanım Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeştdə Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusunun tikilməkdə olduğunu xatırladıb. “Azərbaycan-Macarıstan mətbəxi” kitabının çap olunduğunu deyən Mehriban Əliyeva gələcəkdə belə layihələrin sayının artırılmasının vacibliyini vurğulayıb, Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.
Bakıya beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto Azərbaycan iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib. Nazir hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu bildirib, Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info