Terror qurbanı olan Dünya Ticarət Mərkəzinin yeni binası açılır
Tarix: 04.11.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


O, Amerikada ən hündür və təhlükəsiz bina hesab edilir

"BBCRussian.com" yazır ki, Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin yeni kompleksi 11 sentyabr terrorunun baş verdiyi və iki qülllənin dağıldığı 13 ildən sonra, öz qapılarını yenidən açıb. Artıq “Conde Nast” nəşriyyat firmasının əməkdaşları mərkəzin 104 mərtəbəli binasına köçməyə başlayırlar.
Göydələnin tikintisinə 8 il vaxt və 3,8 milyard dollar pul sərf edilib. Hazırda bu bina ABŞ-da ən hündür bina sayılır. Onun meydanının 60 faizi satılır, dövlət qurumları isə onun böyük hissəsinin icarəsi ilə bağlı anlaşma imzalayıblar. Şəhərin liman administrasiyasının direktoru Patrik Foy bəyan edib: “Nyu-Yorkun peyzajı bərpa edilib”. 541 metrlik göydələn bu administrasiyanın nəzarət etdiyi ərazidə mərkəzi hissəni tutur. Həmin ərazidə öncəki dağıdılmış mərkəzin yerində bu il açılmış memorial var. Yaxın aylarda binanın təpəsində müştərilər üçün müşahidə üçün meydançası olan zal açılacaq. Patrik Foyun sözlərinə görə, yeni ticarət mərkəzi Amerikada ən təhlükəsiz işgüzar bina sayılır. Bina dəmir-betondan tikilib və tikinti normalarına aid parametrlərdən xeyli üstün göstəricilərə malikdir.
Bu həftə mərkəzə “Conde Nast” nəşriyyat firmasının 170 əməkdaşı gələcək ki, beş mərtəbəni doldursunlar. Onlara gələn ilin başlanğıcında daha 5 min əməkdaş qoşulacaq.
Qeyd edək ki, yeni Dünya Ticarət Mərkəzi 6,5 hektarlıq ərazinin mərkəzində salınıb, orada əvvəllər 2700 nəfərdən artıq insanın ölümünə səbəb olan terror nəticəsində dağıdılmış mərkəzin iki göydələni ucalırdı.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info