“Bakı 2015” Avropa Oyunları Fransanın televiziya kanalı ilə yayım sazişinə imza atıb
Tarix: 04.11.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Bu gün “Bakı 2015” Avropa Oyunları Fransanın televiziya kanalı olan L’Equipe 21 ilə yayım haqqında sazişə imza atdığını elan etməkdən məmnundur. BAOƏK-dan verilən məlumata görə, sazişə əsasən, Birinci Avropa Oyunları L’Equipe 21 kanalı, eyni zamanda, kanalın vebsaytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq. Şirkət “Bakı 2015” Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin canlı yayımını həyata keçirəcək, eyni zamanda, hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bu saziş qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq. Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın “Bakı 2015” Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək gözəldir.
L’Equipe 21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın “Bakı 2015” Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”.
L’Equipe 21 televiziya kanalının baş meneceri Xavyer Spender deyib: “Bakı 2015” Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq, ona görə də birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq.
Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik”.
L’Equipe 21 kanalı, həmçinin, “Bakı 2015” Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya deyib: “Biz “Bakı 2015” ilə 2012-ci ildən bizim media partnyorumuz olan L’Equipe 21 kanalı arasında idman azarkeşlərimizin birinci Avropa Oyunlarını canlı izləmələrinə imkan yaradan sazişin bağlandığından çox məmnunuq.
“Bakı 2015” Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik və komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin canlı izləyə bilməsi yaxşı haldır”.
1998-ci ildə əsası qoyulmuş və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan L’Equipe 21 kanalı bütün il boyu idman nümayişlərini canlı olaraq yayımlayır
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info