“Bloomberg”: “Macarlar “Cənub axını”nın tikintisini sürətləndirəcək qanun qəbul edib”
Tarix: 04.11.2014 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Macarıstan parlamenti “Cənub axını”nın tikintisini sürətləndirəcək qanun qəbul edib. “Bloomberg” yazır ki, Macarıstan qanunvericiləri Avropa Birliyinin qaydalarından yan keçməklə, qaz axını layihəsinin tikintisini bəyəniblər. Yeni qanun müvafiq lisenziyası olmayan şirkətlərə də tikintiyə icazə verir.
“Hökumət başçısı Viktor Orbanın dəstəklədiyi qanunun lehinə 132, əleyhinə isə 35 deputat səs verib. Bu, “Cənub axını” layihəsinin dəstəklənməsi üçün edilib ki, Rusiyaya Macarıstanın bu layihəyə ciddi münasibəti və niyyətini göstərsin”.
Enerji tənzimlənməsi məsələləri üzrə ekspert Attila Xolod bu barədə bildirib. Attila Xolod 2012-ci ildə Viktor Orban hökumətində dövlət katibinin müavini postunu tutub.
“Qazprom”un qlobal infrastruktur layihəsi olan “Cənub axını” 63 milyad kubmetrlik güclə Qara Dəniz hövzəsindən Mərkəzi və Cənubi Avropaya qaz nəql etməyi hədəfləyir. Burada məqsəd təbii qazın ixracını diversifikasiya etmək və tranzit riskləri uzaqlaşdırmaqdır.
“Cənub axını”nın quru hissəsi isə Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və Avstriyadan keçməlidir. Ötən ilin payızında Avropa Komissiyası “Cənub axını”na münasibətdə antimonopolik araşdırma keçirdi. Oniun qiymətləndirməsinə görə, “Cənub axını” Avropa Birliyinin “üçüncü enerji paketi”nə ziddir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info