“Cəmiyyətin vitrininə çıxarılan bəzi insanlar yeniyetmələrin düşüncələrini pozurlar”
Tarix: 04.11.2014 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Ülvi Kazım: “Milli-mənəvi dəyərlərə üstünlük verən televerilişlərin sayı artırılmalıdır”

Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması xalqın tarixi yaddaşının və ümumi inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin bu iş sistemli və elmi səviyyədə təşkil edilməlidir. Bu baxımdan da, ilk növbədə milli-mənəvi dəyərlərin təbliği işi təhsildən başlamalıdır. Belə olmadıqda gənclər milli-mənəvi dəyərlərə tam bağlı ola bilmirlər. Elə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev oktyabrın 25-də Dövlət İdarəçilik Akademiyasındakı çıxışında da bu məsələlərə toxunub: “Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir”.
Akademik Ramiz Mehdiyev sual olaraq bildirir ki, mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik: “Kimsə deyə bilər ki, postmodern dövründə, ümumən, əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?
Prezident Administrasiyasının rəhbəri bu məsələlərin təkcə onu yox, bütün Azərbaycan ziyalılarını narahat etdiyini vurğulayıb. “Bu narahatlıqdan qurtarmaq üçün lazımi fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir”,- deyə o əlavə edib.
Bununla bağlı “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazım qəzetimizə bildirdi ki, istənilən dövlətdə irəli getmək üçün sosial göstəricilər normal olmalıdır: “Hər hansı gənc də özünü sosial baxımdan təmin etməlidir ki, daxilində olan müsbət keyfiyyətləri ətrafdakılara göstərə bilsin. Bu gün bəzi gənclər müsbət keyfiyyətlərdən tamamilə uzaqdırlar. Onlar özlərinə cahil mühit yaradıblar, düşüncə formalaşdırıblar. Fikirləşirlər ki, əgər Avropada belədirsə, onlar da belə olmalıdır. Amma sizi inandırıram ki, Avropada tamamilə belə deyil. Gedib gəzib gəlirik, amma Avropada belə şeylər yoxdur. Əksinə, mən buna avropalaşma yox, ifratlaşma deyərdim. Yəni gənclərin düşüncələrində ifratlaşma gedir. Bunun da mənfi nəticəsi, məsələn, bu gün evlənənlərlə boşananların sayına baxanda çox şəffaf özünü göstərir. Ona görə də bəzi Azərbaycan gəncləri düşüncə baxımdan müəyyən dönüş etməlidir. Milli-mənəvi dəyərlərimizə daha da bağlanmalıdırlar”.
Onun fikrincə, hər hansı bir cəmiyyət parlaq gələcək istəyirsə, öz gəncliyinin qeydinə qalmalıdır: “Akademik Ramiz Mehdiyevin bu məsələlərlə bağlı narahatçılığını bildirməsi onu göstərir ki, dövlət öz gəncinin gələcəyini düşünür. Eyni zamanda, akademik Ramiz Mehdiyevin bu məsələlərlə bağlı yeni proqramların icrasının vacibliyini bildirməsi çox gözəl təşəbbüsdür. Biz vətəndaş cəmiyyəti olaraq, dövlətin bu təşəbbüsünü yüksək qiymətləndiririk. Çünki biz bu gün müşahidə edirik ki, bəzi gənclər özlərindən, həqiqətdən qaçırlar. Və özlərinin yaratdıqları yalan həqiqətə inanaraq, yaşamağı üstün tuturlar. Əslində, Azərbaycan gəncliyində heç bir günah yoxdur. Televiziyalarda verilən milliliyə yad olan bəzi verilişlərlə onlara diqtə olunan xoşagəlməz ideyaları yerinə yetirməyə çalışırlar”.
Ü.Kazım təklif edir ki, milli-mənəvi dəyərlərə üstünlük verən televerilişlərin sayı artırılmalıdır ki, gəncliyimiz həqiqəti daha aydın görsün: “Bundan başqa, üzdəniraq, bayağı insanların ictimailəşdirilməsinə son qoyulmalıdır. Bu gün cəmiyyətin vitrininə çıxarılan bəzi insanlar yeniyetmələrin düşüncələrini pozurlar. Mənəviyyatı olmayan insanların KİV-ə çıxarılmasının qarşısı alınmalıdır. Mədəniyyətimizə daha diqqətlə yanaşılmalıdır. Azərbaycan gəncliyi həyatı boyu yenilməz gənclikdir. Mən sizi tam əmin edirəm ki, əgər bu qaydalara əməl olunsa, gəncliyimiz daha da çiçəklənər.”.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info