Boksçumuz erməni rəqibini məğlub edib
Tarix: 04.11.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyi davam edir. Yarışın üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub. Rinqə çıxan 5 boksçumuzun hamısı qalib gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb - 3:0. Boksçumuz 1/4 finalda Belarus nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq. Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz 1/4 finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.
75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib - 3:0. Boksçumuz 1/4 finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək. Malik Həsənov isə (48 kq) Ukrayna təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə qazanıb - 3:0. Məhəmməd Abdullayev (+80 kq) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq. Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info