“Araz Naxçıvan“ çempionatdan imtinasının səbəbini açıqladı
Tarix: 04.11.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətini dayandırmasına səbəb oldu"
Azərbaycan Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" klubu fəaliyyətini rəsmən dayandırmasının əsas səbəblərini açıqlayıb. Bu barədə klubun rəsmi saytının dünən yaydığı açıqlamada bildirilib.
Klubun yaydığı bəyanatda "Araz-Naxçıvan"ın fəaliyyətinin dayandırmasının səbəblərindən bəhs olunub: "Araz-Naxçıvan" fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib və PFL-ə də rəsmi məktub göndərib. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapdı. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir. Muxtar respublika klubunun çempionatı tərk etməsi və fəaliyyətinin dayandırırmasının səbəbi isə tam fərqlidir. Belə ki, "Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsl məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu. Xatırlayırsınızsa, hələ çempionatın 2-ci turunda "Qəbələ", 4-cü turunda isə "Sumqayıt"la oyunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu. Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq sonrakı turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbir kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi. Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".






 
Bölməyə aid digər xəbərlər
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub
12.11.2018
3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb
11.11.2018
«Barselona» gözlənilməz məğlubiyyətə uğradı
11.11.2018
Roberto Bordin: Üzücüdür ki, qələbə hesabını qoruya bilmədik

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info