Ma Biao: “Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır”
Tarix: 04.11.2014 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Xalq Respublikasının Sülh və Tərksilah Cəmiyyətinin sədr müavini Ma Biao ilə görüşüb.

Əli Əhmədov Çinin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfər etməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini deyib. Baş nazirin müavini Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin inkişafının önəmli yer tutduğunu vurğulayıb. Əli Əhmədov qeyd edib ki, ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasındakı dostluq münasibətləri də öz töhfəsini verir. Hər iki ölkənin hakim partiyalarının münasibətləri Azərbaycan-Çin əlaqələrinin gələcək inkişafında da mühüm rol oynayacaq.
M.Biao Azərbaycan-Çin əlaqələrinin tarixinin çox qədim zamanlara gedib çıxdığını, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaratdığını söyləyib. O, Çinin və Azərbaycanın yaxşı dost və etibarlı tərəfdaş olduqlarını, ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etdiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info