Eldar Namazovun növbəti xəyanəti
Tarix: 04.11.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Mən heç vaxt belə təşəbbüslərin tərəfdarı olmamışam. Vətəndaş cəmiyyətləri arasında dialoq və xalq diplomatiyası kimi təşəbbüslər hazırkı vəziyyətdə Ermənistan üçün əlverişlidir”. Bunu APA-ya Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla Ermənistanın "Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryanın Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalamasına münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
“Ölkə rəhbərlikləri səviyyəsində sülh prosesi heç bir nəticə vermirsə, o zaman bizim dialoqlarımızın heç bir mənası yoxdur. Təbii ki, biz əbədi olaraq düşmən də qala bilmərik. Amma Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından başlayaraq, erməni tərəfi Azərbaycanla sülh sazişi istiqamətində addım atsa, o zaman vətəndaş cəmiyyətinin nümayəndələri da yaradılmış dinc şəraitdə mehriban qonşuluq naminə çalışa və nəticə əldə edə bilər”, - deyə S. Məmmədov bildirib. Bəyanatda yer alan “tərəflərə silah satmamaq” barədə çağırış da S. Məmmədovda təəccüb doğurub: “Mən onları başa düşmürəm. Torpaqları işğal altında olan ölkə kimi, öz müdafiə gücünü artırmaq Azərbaycanın hüququdur. Bizim ölkə niyə Ermənistanla müqayisədə zəif olsun ki? Digər tərəfdən, “xalqların müqəddəratı hüququ” ifadəsindən istifadə edərkən, diqqətli olmaq lazımdır. Ermənilərin dövləti var və ermənilərin kompakt yaşadığı hər yerdə ikinci, üçüncü, dördüncü erməni dövlətinin yaradılması məntiqə sığmır. Mənim fikrimcə, ərazi bütövlüyü hər şeydən qabaq gəlməli və üstün tutulmalıdır. O cümlədən, bu münaqişənin həllində bu vacib məqam unudulmamalıdır. Ermənistan Azərbaycanın ən yüksək status vermək təklifini qəbul edib sülhə doğru addım atarsa, münaqişə bir neçə il ərzində tamamilə aradan qalxa bilər”. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, Azərbaycan tərəfdən bu bəyanata qoşulanlar sırasında gördüyü adlara təəssüflənib: “Onlar ya sadəlövhlükdən buna gedirlər, ya da bilərəkdən belə səhv addımları atırlar. Güc tətbiq etməmək, müqəddəratı təyin etmək, müdafiədən imtina etmək... Bu şəxslər Azərbaycan ərazilərinin işğal altında olduğunu başa düşmürlərmi? Bu cür bəyanatlar bizə yox, ermənilərə sərf edir”.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq
19.04.2019
Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib
19.04.2019
“Nəsimi ili” ilə bağlı Masallıda şeir müsabiqəsi
19.04.2019
Bakının Baş planı nə vaxt hazır olacaq?
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info