“Forum dünyadakı humanitar böhranın həlli yollarını tapmaq baxımından önəmlidir”
Tarix: 04.11.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“Bakı Beynəlxalq Humanitar Forumu dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmlidir”.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı,
Serbiyanın “Tanyuq” Agentliyinin baş direktoru xanım Branka Slobodan Sukiç müsahibəsində belə deyib. Forumda çox önəmli məsələlərin müzakirə olunduğunu söyləyən B.S.Sukiç diqqətə çatdırıb ki, keçirilən “dəyirmi masa”larda gündəmdəki mövzularla bağlı vacib fikirlər səsləndirildi. O, forumun əhəmiyyətinin aktual problemlərə vahid yanaşmanın irəli sürülməsindən qaynaqlandığını vurğulayıb. “İnanıram ki, Azərbaycan belə məzmunda tədbirlər keçirmək ənənəsini davam etdirəcək” - deyə B.S.Sukiç əlavə edib. “Tanyuq” Agentliyinin baş direktoru əlavə edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun genişləndirilməsi işində olduqca böyük rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. İnanıram ki, illər keçdikcə Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz daha da artacaq.
B.S.Sukiç deyib: “Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyəli təşkili, Azərbaycanın gözəl paytaxtı Bakı və azərbaycanlıların qonaqpərvərliyi uzun müddət xatirəmdə qalacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info