Azərbaycan-Polşa iqtisadi əlaqələri müzakirə edilib
Tarix: 04.11.2014 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Şahin Mustafayev qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir, iş adamlarının iştirakı ilə birgə biznes forum və işgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir. Ölkə iqtisadiyyatı barədə məlumat verən Azərbaycanın iqtisadiyyat və sənaye naziri kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu, bu sahəsinin inkişafı istiqamətində sistemli dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndiyini bildirib. Hazırda bir sıra rəqabətqabiliyyətli Azərbaycan məhsulları xarici bazarlara ixrac olunur. Polşanın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlıq, Azərbaycan məhsullarının Polşa bazarına ixracı, iri təsərrüfatların və aqroparkların yaradılmasında Polşa təcrübəsinin əhəmiyyətini vurğulayıb. Aqrar sahədə geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev iş adamları arasında görüşlərin keçirilməsinin işgüzar əlaqələrin genişləndirilməsində faydalı olacağını vurğulayıb.
Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski səmimi qəbula görə təşəkkür edib, Polşanın kənd təsərrüfatı və bu sahənin inkişaf perspektivləri barədə məlumat verib, ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. M.Savitski bildirib ki, Azərbaycan və Polşa arasında kənd təsərrüfatının emal, damazlıq sahələrində, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Görüşdə mövcud iqtisadi əlaqələrə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info