Obama daxili və xarici siyasətdə çətinlik və maneələrlə üzləşəcək
Tarix: 05.11.2014 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


ABŞ-da keçirilən ara seçkilərin ilkin nəticələrinə əsasən respublikaçılar Senatda çoxluq əldə ediblər. Respublikaçılar son 8 ildə ilk dəfə Konqresin hər iki palatasında çoxluğa nail olublar. Bu isə Barak Obamanın prezidentlik müddətinin qalan hissəsində həm daxili, həm də xarici siyasətdə çətinlik və maneələrlə üzləşəcəyini göstərir. Respublikaçıların xarici siyasətdə xüsusən Rusiyaya qarşı sərt mövqe tutması məlumdur.
İlkin nəticələrə əsasən respublikaçılar Senatda 100 yerdən 55-ni tuta bilər. Ötən tərkibdə onlar 45 yerə sahib idi.
Respublikaçılar Qərbi Virciniya, Cənubi Dakota, Montana, Arkanzas, Kolorado, Ayova, Şimali Karolina kimi ştatların təmsilçilik hüququnu demokratların əlindən alıblar. Artıq demokratların Senatdakı lideri Harri Rid respublikaçıların lideri Mitç Makkonnelli təbrik edib.
Nebraska ştatından Senata respublikaçı Ben Sasse, Nümayəndələr Palatasına isə Ceff Fortunberri seçilib. Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı C. Fotunberri Azərbaycanın ABŞ üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
Qeyd edək ki, ara seçkilər iki ildən bir keçirilir və bunun nəticəsində Nümayəndələr Palatası (435 yer) yenidən formalaşır, Senatın (100 yer) isə üçdə biri yenilənir. Seçkilərin nəticələri rəsmən dekabr ayında təsdiqlənəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info