Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən daha biri reallaşıb
Tarix: 05.11.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib.
Heydər Əliyev Fondundan verilən məlumata görə, “Düsseldorf Teatr Evi”ndə toplaşmış 800-ə yaxın qonaq Azərbaycan caz musiqini canlı olaraq izləyib.
Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Sonra səfir ölkəmizin zəngin musiqi mədəniyyəti, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.
Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat, ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə də Qərblə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb.
Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildirən aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz Azərbaycanda yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə aparıcı musiqi festivallarından biri olduğunu, caz-muğam sintezinin unikallığını vurğulayıb.
Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun, balabanda Şirzad Fətəliyevin, udda Mircavad Qafarovun ifaları dinlənib.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri – Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu “Azərbaycanda alman irsi” kitabı paylanılıb. Eyni zamanda, “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib.
Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info