“İŞİD”in mühəndis qurğuları məhv edilib
Tarix: 05.11.2014 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Kanadanın Hərbi Hava Qüvvələri havadan zərbələrlə İraqın Anbar vilayətində "İŞİD” qruplaşmasının yaraqlılarının tikinti texnikasını və mühəndis qurğularını məhv ediblər. Bu barədə Kanada müdafiə nazirliyinin nümayəndəsi general-leytenant Conatan Vens məlumat verib.
Onun sözlərinə görə, yaraqlılar bu texnikanın vasitəsilə İraqın milyonlarla sakinini, o cümlədən Bağdadı su ilə təchiz edən Fərat çayında böyük bəndin işini pozmaq istəyiblər. Ötən bazar günü başa çatan əməliyyatda iki qırıcı təyyarə F-18 iştirak edib. Döyüş maşınları dörd saat müddətində havada olub və havada yanacaq doldurublar.
Kanada hökuməti “İŞİD” ilə mübarizəyə cəmi altı qırıcı təyyarə F-18, iki kəşfiyyat təyyarəsi CP-140 Aurora və bir yanacaqdolduran təyyarəsi Airbus CC-150 Polarisi göndərib. Kanada kontingenti Küveytdə bazada yerləşdirilib.
Kanadanın baş naziri Stiven Harperin bildirdiyinə görə, ölkə aviasiyası İraq ərazisində yalnız islamçıların mövqelərini bombalayacaq. O, vurğulayıb ki, kanadalı hərbçilər mümkün yerüstü əməliyyatlarda iştirak etməyəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info