Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri istefa verib
Tarix: 05.11.2014 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Gürcüstanda Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.
Dövlət naziri bu istefa qərarını baş nazir İrakli Qaribaşvilinin müdafiə naziri İrakli Alasaniyanı istefaya göndərdikdən sonra qəbul etdiyini bildirib.
Xatırladaq ki, İrakli Alasaniya siyasi bəyanat verərək hökuməti Müdafiə Nazirliyinə edilən məqsədyönlü hücumdan çəkindirməyə çağırıb. O, "Gürcü Arzusu" koalisiyasını Siyasi Şuranın iclasını çağırıb baş prokurorluğun ölkəni hara apardığı məsələsini müzakirə etməyə çağırıb. O, bu hücumu Gürcüstanın avroatlantik məkana inteqrasiya olunmasına qarşı olduğunu bildirib. Məlumata görə, bu məsələdə dövlət naziri Aleksi Petriaşvili İrakli Alasaniyanı dəstəkləyib.
Petriaşvili bildirib ki, Müdafiə Nazirliyinə hücum ölkənin ən irəlidə gedən idarəsinə hücum etmək deməkdir. Onun sözlərinə görə, bu, məqsədyönlü hücumu həyata keçirən prokurorluqdur: "Biz bunu Siyasi Şurada aydınlaşdırmalıyıq. Bu gün prokurorluğun bəyanatından sonra aydın olub ki, ölkənin uğurlu idarəsinə birbaşa hücum cəhdi edilib. Bu idarə Gürcüstan və NATO arasında birbaşa əlaqə yaradan idarədir. Müdafiə nazirliyinin uğurlarından, onun islahatlarından və şəffaflığından Gürcüstanın tərəfdaş ölkələrinin yüksək vəzifəli şəxsləri çox sözlər deyirlər və bu zaman anlaşılmaz və əsassız ittihamlar irəli sürüldüyünü görürük. Bütün bunlara aydınlıq gətirmək lazımdır. Siyasi Şura bunun üçündür. Biz siyasi tərəfdaşları eşitmək və qiymətləndirmək istəyirk,"- Petriashvili qeyd edib.
Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu gün tutduğu vəzifədən azad edilib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info