Avropa İttifaqında banklara nəzarətedici orqan fəaliyyətə başlayıb
Tarix: 05.11.2014 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Noyabrın 4-də Avropa İttifaqında (Aİ) Avropa Mərkəzi Bankının (AMB) tərkibinə daxil olan banklara nəzarətedici idarə fəaliyyətə başlayıb. Qurum banklara nəzarət üzrə yeni proqram çərçivəsində yaradılmaqla AMB və proqram iştirakçısı olan ölkələrdə birgə fəaliyyəti nəzərdə tutur.
Fransız Daniel Nuinin başçılıq etdiyi təsisatın əsas vəzifəsi Avropada stabil bank sisteminin formalaşdırılması və onun fəaliyyətinə nəzarətdir. Bu barədə AMB-nin saytında deyilir.
Aİ-nin nəzarətedici orqanı avrozonanın bank aktivlərində payı 85 faiz təşkil edən 120-dən çox bankla birgə fəaliyyəti həyata keçirəcək.
Almaniya maliyyə naziri Volfqanq Şoyble Avropa nəzarətedici orqanının işə başlamasını vergiödəyiciləri üçün müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, maliyyə və bank böhranı göstərdi ki, milli nəzarətedici orqanlar fəaliyyəti bir dövlətlə məhdudlaşmayan iri banklara nəzarət etmək iqtidarında deyil. Bununla əlaqədar olaraq V.Şoyble qeyd edib ki, onların fəaliyyətinə nəzarətin AMB-nin ixtiyarına verilməsi düzgün addımdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info