“Azərbaycan idman sahəsində çox ambisiyalı ölkədir”
Tarix: 05.11.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Braziliya və Azərbaycan arasında idman əlaqələrinin inkişaf etdirilməsi üzrə əməkdaşlıq gücləndiriləcək. Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyəti gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
A. Rəhimov deyib ki, son zamanlar bir çox braziliyalı gənc Azərbaycanda səfərdə olub: "Bakıda keçirilən Humanitar Forumda, Dünya Gənclər Forumunda braziliyalı gənclərlə səmərəli görüşlər keçirilib. Bu görüşlər hər iki tərəf üçün çox faydalı olub. Biz Braziliya ilə əməkdaşlıq etdiyimiz üçün şadıq. Bu münasibətləri gələcəkdə daha da inkişaf etdirmək üçün geniş imkanlarımız var. Bununla bağlı ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalamaq niyyətindəyik ki, gələcək layihələrimizi tam planlaşdırılmış şəkildə görə bilək”.
Braziliyanın idman naziri Aldo Rebelo isə bildirib ki, onlar üçün Bakıda olmaq çox xoşdur: "Mən bilirəm ki, Azərbaycan idman sahəsində çox ambisiyalı ölkədir. Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin idman sahəsində tutduğu yüksək yeri göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq. Düşünürəm ki, gələcəkdə bir çox tədbirləri birlikdə keçirə bilərik. Bu, yalnız idmanı deyil, sosial, təhsil və digər sahələri də əhatə edə bilər".
Müzakirələrdən sonra nazirlər ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info