2030-cu ildə yeni neft emalı zavodu istismara veriləcək
Tarix: 05.11.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksi (OGPC) çərçivəsində tikintisi nəzərdə tutulan neft emalı zavodu bu layihənin ikinci mərhələsində inşa ediləcək və 2030-cu ildə istismara veriləcək.
Bu barədə ikinci OGPC forumu zamanı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) strateji inkişaf üzrə vitse-prezidenti, OGPC-nin direktoru Tofiq Qəhrəmanov bildirib. Onun sözlərinə görə, respublikanın neft məhsullarına olan tələbatının təmin olunmasının vacibliyi və qlobal neft-qaz layihələrinin reallaşdırılmasına böyük həcmdə investisiyaların yatırılması nəzərə alınaraq, neft emalı zavodunun tikintisinin iş qrafikinə dəyişiklik edilməsinə dair qərar qəbul olunub. T.Qəhrəmanov bildirib ki, həmçinin Azərbaycanda yanacağa olan tələbatın təmin edilməsi çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması, eləcə də onun daha 15 il ərzində öz işini davam etdirməsi haqqında qərar qəbul edilib. O deyib ki, eləcə də zavodun yenilənməsi və 7-8 qurğunun tikintisi işlərinin aparılması planlaşdırılır. ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti qeyd edib ki, qaz emalı zavodunun və neft-kimya məhsullarının istehsalı üzrə müəssisənin tikintisi OGPC-nin 2020-ci ildə tamamlanması planlaşdırılan birinci mərhələsi çərçivəsində nəzərdə tutulur.
Qaz emalı zavodunun gücü ildə 12 milyard kubmetr təşkil edəcək, eləcə də il ərzində 860 min ton polimer məhsullar istehsal olunacaq. Onun sözlərinə görə, aparılan araşdırmalardan sonra neft-kimya müəssisəsinin əsas xammalı kimi naftadan imtina edilməsi və qazla işə keçilməsi qərara alınıb.
Layihənin birinci mərhələsinin dəyəri yeddi milyard dollardır (kredit faizləri nəzərə alınmaqla 8,45 milyard dollar). Layihənin öz xərcini çıxarma müddəti 4-5 ildir. Layihənin 30 faizi dövlət vəsaitləri hesabına (məbləğ beş il ərzində hissələrlə ayrılacaq), 70 faizi isə cəlb edilmiş vəsaitlərin hesabına həyata keçiriləcək.
OGPC Bakıdan 60 kilometr məsafədə yerləşəcək, üç emal müəssisəsindən və İstilik Elektrik Stansiyasından (İES) ibarət olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info