Mazut istehsalından tamamilə imtina oluna bilər
Tarix: 05.11.2014 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas hədəfi müasir Avropa standartlarına uyğun yanacağın istehsal edilməsidir. Bunu ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov Bakıda keçirilən II NQNK Kompleksləri forumunda deyib. Onun sözlərinə görə, Avropa standartlarına yanacağın istehsal edilməsi Azərbaycanda mazut istehsalından tamamilə imtina olunmasına gətirəcək.
D. Məmmədovun proqnozlarına görə, ölkədə 2,4 mln. ton benzin, 2,7 mln. ton müasir dizel istehsal olunacaq: “Bu da ARDNŞ-ə Gürcüstandakı şəbəkənin tələbatını qismən ödəyəcək”. Vitse-prezident deyib ki, ölkədə neft emalı zavodlarının modernləşdirilməsi başa çatdıqdan sonra, bütün yanacaq növləri “Avro-5” ekoloji standartına cavab verəcək: “Bitum və maye qaz istehsalı bu standarta uyğun istehsal olunacaq. Bu da bizim gələcək tələblərimizi ödəyəcək. Bitumun 354 min tonunun istehsalı tamamilə mazut istehsalının dayandırılmasına səbəb olacaq. Bununla da 2030-cu ilə qədər bütün növ yanacaqlarla Azərbaycan öz tələbatını tam ödəyəcək”. O qeyd edib ki, müvafiq inkişaf proqramı çərçivəsində ARDNŞ-in inteqrasiya prosesləri davam edəcək: “İnkişaf proqramı qəbul edildikdən sonra Heydər Əliyev adına Bakı neft emalı zavodu icra qrafikinə əsasən tam müasir standartlara uyğun yanacaq istehsalını təşkil edəcək. Bu yenidənqurma nəticəsində neft və yanacaq daşıyıcılarına olan tələbat tam ödənəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info