“Azərbaycan – Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu”
Tarix: 05.11.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib. Berlinə səfər çərçivəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya alimləri və Azərbaycan diasporunun elmi üzvləri ilə görüşüb. Ölkəmizin Berlində yerləşən səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan – Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda dəyirmi masa, Humbolt Fondunda, Azərbaycan Diaspora Mərkəzində, həmçinin Berlin Brandenburq Elmlər Akademiyasının (BBEA) vitse-prezidenti Kristof Markşiss ilə görüşlər keçirilib. BBEA-nda keçirilən görüşdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub, yaxın zamanda AMEA ilə memorandum imzalanması təklifi irəli sürülüb.
Sonra Humbolt Universitetinin “Azərbaycan tarixi” fakültəsinin rəhbəri Eva Mariya Aux ilə görüş keçirilib. Tədbirdə Almaniyada Azərbaycan tarixinə dair kitabların çap olunması və ölkəmiz haqqında ensiklopediyanın hazırlanmasına, həmçinin AMEA-nın Mərkəzi Kitabxanası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Şərq Tarixi (PERQAMON) və Berlin Etnologiya muzeylərinə də səfər edib. Muzeylərdə İran, Əfqanıstan və digər şərq ölkələrinin, həmçinin türkdilli xalqların mədəniyyət və incəsənətinə dair tarixi eksponatlarla tanış olublar. Səfərdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva da iştirak edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info