İtaliya mətbuatı: “Azərbaycan İtaliyanın mədəni həyatına önəmli töhfələr verir”
Tarix: 05.11.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


İtaliyanın ANSA xəbər agentliyi Azərbaycanın “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda xüsusi qonaq qismində iştirakı ilə bağlı məqalə yayıb.
Məqalədə bildirilir ki, qədim tarixi abidələr, qalalar, məscidlər, mədrəsələr, fərqli adət-ənənələr, gözəl təbiət və müasirlik, zəngin mətbəx, musiqi Azərbaycanın əsas özəllikləridir. Bu Qafqaz ölkəsi heç də təkcə zəngin neft ehtiyatlarına görə tanınmır. Azərbaycan ilə bağlı italiyalıları maraqlandıran fərqli məqamlar çoxdur. İtaliya ilə mədəni əlaqələrini getdikcə genişləndirən Azərbaycan ölkəmizin mədəni həyatına önəmli töhfələr verməkdədir. Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya səfəri zamanı Romanın Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın ayrılması bu töhfənin ən gözəl nümunələrindəndir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır.
Yazıda Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin fikirlərinə yer verilib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mədəni irsimizin təbliği istiqamətində mühüm işlər görüldü. Artıq Azərbaycana dünyanın istənilən ölkəsindən turistlər gəlir. İtaliyalılar da ölkəmizə səfər etməyə böyük maraq göstərirlər. Turizm sahəsində əməkdaşlığımızı genişləndirməyə yaxşı imkan var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat
05.04.2020
Ailə TV karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib
05.04.2020
Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın -VİDEO
05.04.2020
Azərbaycanda koronavirusun yayılmasına qarşı əlavə tədbirlər haqqında qərar qüvvəyə minib
04.04.2020
Baş nazir Tədbirlər Planını təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info