Azərbaycan haqqında məqalə Malayziya mətbuatında
Tarix: 05.11.2014 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Malay dilində gündəlik nəşr olunan “Utusan Malaysia” qəzetində cari ilin avqustunda Azərbaycana səfər etmiş Malayziyanın Kebangsaan, Mara Texnologiya və Beynəlxalq İslam universitetlərinin tələbələrinin ölkəmizlə bağlı təəssüratlarını əks etdirən geniş məqalə dərc olunub.
Həmin tələbələr 2014-cü ilin mayında Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən təşkil edilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləridirlər. Qətər, İsveç, İsveçrə, Fransa, Xorvatiya, Avstraliya, Avstriya və Tunisdən olan qaliblərlə birlikdə Azərbaycana səfər edən tələbələr (83 tələbə) Bakıda yüksək səviyyədə qarşılandıqlarını, şəhərin gözoxşayan arxitekturasının onlarda xoş təəssürat yaratdığını qeyd ediblər. Tələbələr, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etdiklərini, İçərişəhər, Dövlət Bayrağı Meydanı və digər görməli yerlərdə olduqlarını bildiriblər.
Onlar səfər çərçivəsində Qəbələyə, daha sonra iki min il yaşı olan Lahıc kəndinə səfər etdiklərini diqqətə çatdırıb, Azərbaycanın bu bölgəsini Malayziyanın qədim Bujanq vadisi ilə müqayisə ediblər. Həmçinin Şəki xanlarının sarayında olduqlarını və bu sarayın nadir arxitekturası ilə tanışlıq imkanı əldə etdiklərini vurğulayıblar.
Malayziyalı tələbələr Azərbaycana səfər çərçivəsində ADA Universitetinin fəaliyyəti ilə də tanış olduqlarını, bu ali təhsil ocağında yüksək səviyyəli kadrlar hazırlandığını bildiriblər.
Tələbələr Heydər Əliyev Mərkəzi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Nizami Gəncəvi Muzeyi ilə də tanışlığın, eləcə də Azərbaycan xalqının qonaqpərvərliyinin, mehribanlığının onlarda dərin təəssüratlar yaratdığını vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info