Naxçıvanın qaz təsərrüfatı payız-qış mövsümünə tam hazırdır
Tarix: 05.11.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla fasiləsiz təminatı istiqamətində görülən mühüm tədbirlər nəticəsində payız-qış mövsümünə hazırlıq işləri tamamlanıb.
“Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırlıq işləri çərçivəsində ərazilər üzrə bütün sistem boyu xətti nəzarət və texniki baxış keçirilib, yararsız vəziyyətdə olan 4 min 802 qaz sayğacı yenisi ilə əvəz olunub.
Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Qazın tozdan və başqa mexaniki qarışıqlardan təmizlənməsi üçün seperator və süzgəclərə, habelə bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qoruyucu-atıcı-ayırıcı qapaqlara, qaz sərfini ölçən cihazlara, elektrokimyəvi mühafizə qurğularına və texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, istismara yararsız detal və hissələr yeniləri ilə əvəzlənib.
Oktyabr ayı ərzində yeni tikilən 142 evə və digər obyektlərə qaz xətləri çəkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info