“Müxalifətin aksiyalarına uzaqbaşı 300-500 adam toplaşır”
Tarix: 05.11.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Əslində elektroşok müasir xüsusi bir vasitədir. Elektroşok ona görə tətbiq olunur ki, o, daha təhlükəsizdir”. Bunu “Report”a Azərbaycan Milli Məclisinin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli MM-in “Polis haqqında” qanuna polisin elektroşokdan istifadəyə icazə verilməsi barədə etdiyi dəyişikliyi şərh edərkən deyib. Ə.Hüseynli xatırladıb ki, elektroşok xüsusi vasitə kimi dünyanın bir çox ölkələrində istifadə olunur. Bu sıraya ABŞ, Fransa, Almaniya, Rusiya, Sinqapur, Malayziya kimi ölkələr də daxildir. “Odlu silah təhlükəlidir, yoxsa elektroşok!? Həm də elektroşoku Azərbaycan kəşf etməyib. Bunu sivil ölkələr kəşf edib və müasir dövr polisi üçün ən sivil xüsusi vasitədir. MM-in etdiyi dəyişikliklə elektroşokdan yalnız qanunla müəyyən edilən hallarda istifadə etməyə icazə verilib. Cəmiyyət bunu normal qəbul etməlidir və edir də. Vətəndaşların təhlükəsizliyi baxımından bu, çox önəmli vasitədir”. Ə.Hüseynli elektroşokdan guya müxalifət aksiyalarında tətbiq olunacağı barədə gəzən şayiələrə isə ironik şəkildə münasibət bildirib: “Bu gün müxalifətin aksiyaları nə gündədir ki, onlara elektroşok da tətbiq edilsin?! Həmin aksiyalara uzaqbaşı 300-500 adam toplaşır. Onlara nəyinsə tətbiq edilməsinə heç ehtiyac da yoxdur. Müxalifət nümayəndələri bu kimi şayiələrlə özlərini gündəmdə saxlamaq istəyirlər, özlərinin hansısa gücünü şişirdirlər. Sonuncu dəfə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib və müxalifət də mitinq üçün toplaşıb. Orada nə qədər insan olub, o mitinqdə nə ediblər - hamısı göz qabağındadır. Amma orada təəssüf ki, terrorçu qruplaşma olan “İŞİD”in də bayrağı qaldırılmışdı”. Ə.Hüseynli əlavə edib ki, əgər hansısa bir proses zamanı – mitinq, yaxud digər hadisələr zamanı - qanun pozuntuları baş verərsə, qanunvericiliyə uyğun olaraq elektroşokdan istifadə oluna bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info