Gürcüstana qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar
Tarix: 05.11.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Nəqliyyat, kənd təsərrüfatı, sənaye, rabitə, xidmət sahələrində 194 Gürcüstan şirkəti Azərbaycanda, 300-dən çox Azərbaycan şirkəti isə Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyalara görə Azərbaycan şirkətləri aparıcı yerləri tuturlar. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov noyabrın 5-də Bakı Biznes Mərkəzində keçirilmiş Azərbaycan-Gürcüstan biznes forumunda məlumat verib. O, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini və artıq yerli şirkətlərin bir sıra xarici ölkələrə sərmayələr yatırdığını, Gürcüstanın bu istiqamətdə xüsusi yer tutduğunu vurğulayıb. R.Məmmədov Gürcüstanla müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu və müştərək turizm marşrutlarının müəyyən edilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri David Baladze ölkəsində xarici investorlar üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı və investisiya qoyuluşu imkanları barədə məlumat verərək azərbaycanlı iş adamlarını ölkəsində investisiya layihələrində fəal iştiraka dəvət edib.
Tədbirdə AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Acarıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinin İqtisadi inkişaf departamentinin baş mütəxəssisi Uça Surmanidze və Batumi Turizm Agentliyinin Turizm və Kurort Departamentinin direktoru Sofia Lazişvili muxtar respublikanın investisiya və turizm imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçirilmiş biznes foruma rəsmi şəxslərlə yanaşı, tikinti, turizm, sənaye, konsaltinq, kənd təsərrüfatı, qida sənayesi sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı qatılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info