“Bakı 2015” Avropa Oyunları Yaponiyanın yayım şirkəti ilə müqaviləyə imza atıb
Tarix: 05.11.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Bu gün “Bakı 2015” gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarının Yaponiyada yayımlanmasını təmin etmək məqsədilə Tokio Yayım Sistemi (TBS) Televiziyası ilə müqaviləyə imza atıb.
Pulsuz yayımlanan kanal bütün daxili, yaxud yerli platformalar üzrə 17 günlük yarışların, o cümlədən Açılış və Bağlanış mərasimlərinin, yarışların gündəlik parlaq məqamlarından seçilmiş video-materialların yayımlanması ilə bağlı müstəsna hüquqlarını təmin edib.
”Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Avropa Oyunlarının Yaponiya bazarında təqdim edilməsini təmin etmək məqsədilə TBS Televiziyası ilə müqavilə imzalandığı üçün çox məmnunuq. İdmana həvəsli xalqın yaşadığı Yaponiyada “Bakı 2015” Avropa Oyunlarına böyük marağın yaşanacağına inanırıq və oradakı idman azarkeşlərinin yarışlara baxa bilməsi olduqca xoşdur.”
TBS ümummilli şəbəkəyə, o cümlədən, ölkə üzrə 28 filiala malik olan kommersiya yayım şirkətidir. Şirkət, həmçinin, ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS-ni və 24 saat xəbər xidməti göstərən “NewsBird” kanalını, eyni zamanda ümummilli radio şəbəkəsini idarə edir.
TBS 1997-ci ildən bəri Yaponiyada Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Dünya Atletika Çempionatlarının eksklüziv yayım şirkətidir və Olimpiya və Qış Olimpiya Oyunlarını, FİFA Dünya Kubokunu və Asiya Oyunlarını əhatə edən Yapon yayım şirkətləri konsorsiumunun üzvüdür.
Yayım şirkəti Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə “The Masters” turnirinin, Peşəkar Qolf Assosiasiyası Çempionatının, Əsas Beysbol Liqasının və Beynəlxalq Voleybol Federasiyasının Dünya Voleybol Çempionatının yayım xidmətini göstərir.
TBS Sports-un icraçı vitse-prezidenti cənab Masamiçi Amano deyib: “Bakı 2015” Avropa Oyunları tarixi yarışlar olacaq və biz uzunmüddətli və məhsuldar olacaq tərəfdaşlığa başlamağımızla fəxr edirik.
Biz birinci Avropa Oyunlarını və Bakı şəhərinin dünyaya təklif etdiklərini Yaponiyanın hər yerindəki tamaşaçılara təqdim etməyi səbirsizliklə gözləyirik.”
Bu, “Bakı 2015” tərəfindən Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağlanmış sazişdən sonra imzalanan növbəti müqavilədir. Həmin sazişlərə görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni zamanda, L’Equipe 21 kanalı vasitəsilə Fransada yayımlanacaq.
”Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib: “Bu saziş Asiya yayım şirkəti ilə bağlanmış ilk müqavilədir və birinci Avropa Oyunlarının dünyanın beş qitəsində yayımlanmasını təmin etmək üçün mühüm addımdır.”
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
”Bakı 2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info