Putin rusların maaşla bağlı yaranan çətinliklərinə son qoydu
Tarix: 05.11.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin işçilərin maaşlarının verildiyi bankı seçmək hüququnu onlara həvalə edib. “RİA Novosti”nin məlumatına görə, bu barədə müvafiq sənəd hüquqi informasiya rəsmi portalında yerləşdirilib. Əvvəllər bu məsələni işəgötürənlər həll edirdilər. Əməkdaşın qanundakı dəyişiklikdən istifadə etmək istəyi olarsa, o, bu barədə işəgötürənə əməkhaqqının ödənişinə beş gün qalmış onun maaşının köçürülməsi üçün rekvizitin dəyişdirilməsi haqqında yazılı müraciət etməlidir. Bu zaman istəyə görə kredit təşkilatını da dəyişmək mümkündür. Artıq yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara istənilən bankda hesab açmaq mümkündür. Yalnız bir şərtlə ki, alimentlərin köçürülməsi də daxil olmaqla, pul vəsaitləri əmanətlərin icbari sığorta sistemində sığortalanmalı, onların hesabdakı məbləği sığortanın məbləğini, yəni 700 min rublu keçməməlidir.
İndiyədək Rusiyada belə hesaba daxiletmələrə yalnız Əmanət Bankında uşağın adına hesab açdıqda icazə verilirdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info