Müxalifətçiliyin təməli düzgün qoyulmayıb
Tarix: 05.11.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda siyasi qüvvə olmaq iddiası ilə çıxış edən ənənəvi müxalifətin bütün siyasi kampaniyalarda və situasiyalarda yararsızlığı qabarıq üzə çıxır. Məlum olduğu kimi, qarşıdakı dekabr ayının sonunda ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri parlament və prezident seçkiləri səviyyəsində olmasa da, sıradan bir seçki deyil, bütün ölkəni əhatə edir və hər halda, hər hansı bir siyasi qüvvənin, o cümlədən, müxalif qrupların öz gücünü sınaması, seçkidə yerlər əldə etməsi üçün gözəl şansdır. Amma buna baxmayaraq, müxalifət heç bir seçki fəallığı göstərmir və tamam süstlük içərisindədir. Əvəzində isə “mitinq” spekulyasiyası ilə çıxış edir. Halbuki, seçkiyə artıq ay yarım vaxt qalıb və buna qədər müxalifət seçki üçün çox işlər görməli idi. Amma seçki texnologiyası olmayan və seçkidə normal iştirak bacarığından məhrum müxalifət tamam başqa yol tutub. Bu isə bir daha həmin müxalifətin xarakterinə nəzər salmağa yer qoyur.
Belə ki, Azərbaycanın ənənəvi müxalifəti sivil üsul və prinsiplərlə formalaşmayıb. Bu müxalifət mənşəcə, küçələrdə təsadüfi, hay-küyçü adamların müstəqillikdən sonrakı ilk illərdə bir yerə yığılmasından ərsəyə gəlib. Belə ki, müstəqillik qazandıqdan sonrakı ilk illərdə anarxiya və hərc-mərclik bir qrup kütlə psixologiyasına malik, amma siyasi savadı, təcrübəsi və dünyagörüşü olmayan insanın bir araya gəlməsinə, hətta sonradan hakimiyyətdə təmsil olunmasına şərait yaratdı. Sonradan “Cəbhə” adı altında hakimiyyətdə olsalar da, siyasi mədəniyyət və savad sarıdan yarıtmaz olduqlarına görə, yalnız xaosun, hərc-mərcliyin bir az da artmasına “nail oldular”. Necə təsadüfən, haray-həşirlə hakimiyyəti ələ keçirmişdilərsə, az keçmiş, xalqın onları tanıması nəticəsində elə də hakimiyyətdən getməli oldular. Amma müxalifətə çevrilsələr də, faktiki olaraq siyasi güc və nüfuz nümayiş etdirə bilmədilər. Çünki onların müxalifətçiliyi normal siyasi fəaliyyət göstərmək, siyasi texnologiyaları tətbiq etmək, xalqla işləmək, cəmiyyəti təşkil edən müxtəlif qruplar üzərində nüfuz qazanmağa çalışmaq yox, “Gəlin oynaya bilmir, deyir ki, zal əyridir” “prinsipi” ilə ancaq spekulyasiyalara varmaq, diqqəti gücsüzlüyündən yayındırmağa çalışmaq üzərində qurulub. Məhz ona görə də müxalifət partiyaları normal siyasi partiya olmaqdan çox uzaqdırlar. Qeyd edildiyi kimi, siyasi təcrübə, savad, mədəniyyət sarıdan korluq çəkdikləri, dünyadakı yenilikləri, cəmiyyətdəki dinamizmi dərk edə, onlarla ayaqlaşa bilmədikləri üçün belədirlər. Ona görə də müxalif partiyalar siyasi partiya və qrup funksiyasını yerinə yetirməkdən çox uzaqdırlar. Onlar seçkidə məhz buna görə ya passiv olurlar, ya da qatılarlarsa, buabırcasına məğlub olurlar. Amma onların Azərbaycan siyasi arenası və cəmiyyəti üçün zərərli və faydasız olan spekulyativ “qabiliyyəti” antiazərbaycan dairələr tərəfindən yararlanılır. Belə ki, onlar bu qüvvələrin spekulyasiyalarından, yalançı hay-küylərindən, “mitinq” çağırışlarından Azərbaycan dövlətçiliyinə qarşı təzyiq vasitəsi kimi yararlanmağa çalışırlar. Müxalifətin elektoratının, sosial bazasının olmaması faktı hər kəsə məlumdur. Belə olduqda, “mitinq” adı altında güclə piket keçirəcək müxalifətin piketləri görüntü xatirinə də olsa, həmin antiazərbaycan qüvvələrə lazımdır. Çünki onlar istənilən belə haldan “Azərbaycan hakimiyyətinə qarşı narazılıq” görüntüsü yaratmağa, bunu dünyada car çəkməyə çalışırlar... Müxalifətin “müxalifətçiliyi” bundan o yana getmir. Belə olduqda, bir daha müxalifətin bir siyasi qüvvə kimi yararsızlığı üzə çıxmış olur.
Elə bu seçki ərəfəsində olduğu kimi...

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info