“Qalatasaray“ yenə uduzdu
Tarix: 05.11.2014 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasında IV turun oyunları keçirilib. İlk oyun günündə 8 qarşılaşma keçirilib. A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö”nün qonağı olub. Oyun madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda “Yuventus” öz meydanında “Olimpiakos”u məğlub edib - 3:2. Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutub. Burada Madrid “Real”ı doğma meydanda “Liverpul”la üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Bununla da "Real" 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəs ilə başa çatıb - 4:0. C qrupunda Rusiya "Zenit"i lider “Bayer” (Leverkuzen) klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1. “Monako” isə səfərdə qrupun autsayderi “Benfika”nın qonağı olub və rəqibinə uduzub - 0:2. Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Türkiyənin “Qalatasaray” klubu Dortmundda "Borussiya" ilə qarşılaşıb. “Borussiya” ilə ilk matçda olduğu kimi bu dəfə də "Cim Bom" qapısında 4 qol görüb - 1:4. Bununla da Türkiyə klubunun qrupdan çıxmaq şansı demək olar ki heçə enib. Qrupun digər oyununda isə “Arsenal” evdə “Anderlext”lə məhsuldar heç-heçə edib - 3:3.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info