Miron Markeviç: “Bakıda öz oyunumuzu göstərməliyik”
Tarix: 05.11.2014 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


“Qarabağ” kifayət qədər yaxşı komandadır. Onlar evdə oynayacaqları üçün daha şanslıdırlar”. Bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.
O, Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda “Qarabağ”la üz-üzə gələcəkləri oyundan danışıb. Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı Azərbaycanda qələbə qazanmaq istədiklərini bildirib: “Yəqin ki, “Qarabağ” evdə qələbə qazanmaq istəyəcək. Amma biz asan təslim olmayacağıq. Fikrimcə, oyun gərgin olacaq. Təəssüf ki, indiyə qədər keçirdiyimiz 3 qarşılaşmanın heç birində özümüzü göstərə bilməmişik. Bakıda bunu bacarmalıyıq. Komandamızın liderləri bütün bacardıqlarını ortaya qoymalıdırlar”. Markeviç Ukrayna Premyer Liqasının X turunda “Dinamo”ya 0:3 hesablı məğlubiyyəti unutmalı olduqlarını və Avroliqa oyununa psixoloji cəhətdən hazırlanmalı olduqlarını da sözlərinə əlavə edib: “Dinamo”ya böyük hesablı məğlubiyyət heç də asan unudulan deyil. Amma biz hər şeyi geridə qoyub “Qarabağ”a qarşı psixoloji hazır olmalıyıq. Avropa Liqasının və çempionatın oyunları tamam başqadır. Öz müsbət keyfiyyətlərimizi nümayiş etdirməliyik”. Qeyd edək ki, “Qarabağ” - “Dnepr” oyunu bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info