Cənub regionu əsil turizm məkanıdır
Tarix: 05.11.2014 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Cənub regionu təbiətlə bağlı turizm növləri üçün əlverişli ərazidir. Hazırda bu ərazidə istirahət komplekslərinin fəaliyyət göstərməsi getdikcə artır və yerli əhali tərəfindən turistlərə olan münasibətlərdə kəskin dəyişiklik baş vermişdir. Turizm yerli əhali arasında yeni gəlir mənbəyi olmaqla yanaşı məşğulluğun yüksəlməsinə səbəb olur.
Regionda ərazini və atmosferi korlayan emaledici, ağır sənaye, kimya sənayesi müəssisələri yoxdur. Məhz bu səbəbdən və habelə, mövcud resursların zənginliyi ilə turizmin inkişafı üçün bu region unikal əraziyə çevrilir. Subtropik iqlim, dəniz sahili, Talış dağları, geniş meşə örtüyü, mineral bulaqlar, tarixi-memarlıq abidələri, mədəniyyət ocaqları, istirahət və müalicə mərkəzləri istirahətə gələnlər üçün gözəl məkandır. Regionda fəaliyyət göstərən istirahət komplekslərinin bəzilərində akvapark, idman meydançaları, ayrıca üzgüçülük hovuzları mövcuddur, müalicə prosedurları və ekskursiya səfərləri təklif olunur, şou proqramlar keçirilir.
Cənub regionunda turizmin inkişafı buranın təbii və mədəni-tarixi xüsusiyyətlərinə, habelə sosial rəngarəngliyinə söykənməklə reallaşa bilər. Bununla da fərqli turizm destinasiyası axtaranlar üçün bu region turizm bazarında sərfəli mövqe tutmaq imkanına malik olar. Regionda Hirkan Milli parkının , dəmir ağac meşəsinin olması, uzunömürlü insanların yaşaması burada dağ turizm, ekoloji turizm növlərinin inkişafı üçün müvafiq şərait yaradır.
Turoperatorlar tərəfindən bu ərazidə tematik turların hazırlanması üçün geniş imkanlar vardır. Talış milli azlığın burada yerləşməsi ilə etnoturizm növünün də tətbiqinə şərait vardır. Göstərilən turizm növlərinin realizasiyası tədricən yaddan çıxan adət-ənənələrin bərpasına əsas ola bilər. Bu regionda böyüyüb boya-başa çatan general Səməd bəy Mehmandarovun, general, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun adı ilə bağlı tematik hərbi-vətənpərvərlik mövzusunda turlar təşkil etmək gənclər üçün maraqlı olardı.
Lənkəran-Astara subtropik zolağı termal mineral su bulaqları ilə zəngindir. Lənkəran rayonunda Havzava, İbadi mineral istisu bulaqları, Masallı rayonunda “Fatimeyi-Zəhra” istisu sanatoriyası, Astara rayonunda istisu sanatoriyası, yanarbulaq mənbəyi, Lerik rayonunda istisu müalicələri təklif edən “Meşəbəyi” ailəvi istirahət mərkəzi, digər yerli çoxsaylı mineral bulaqlar mövcuddur. Sanatoriyalarda yerlərin azlığından istisu ilə müalicəyə gələnlərin əksəriyyəti ətraf kəndlərin sakinlərinin evlərində yerləşirlər.
Avropada istirahət edənlərin 15%-i kənd turizm növünün xidmətlərindən istifadə edir. Qərb ölkələrində mövcud olan sağlamfikirli iqtisadiyyat şəhər və kənd sakinlərini qarşılıqlıqlı faydalı münasibətlərin qurulmasını öyrətmişdir. Belə ki, kənd yaşıl turizmin inkişafı nəticəsində şəhər sakinləri münasib qiymətlər müqabilində sağlam istirahətə malik olmaq, kənd sakinləri isə öz yaşayış sahəsini daha effektiv istifadə etməklə özünün yaratdığı kənd təsərrüfatı məhsullarını da yerindəcə realizasiya etmək imkanına malik olurlar.
Kənd evlərinin turizm sənayesinə cəlb edilməsilə kənd turizm növünün regionun davamlı inkişafına bir əsas ola bilmək iqtidarındadır. Çünki, turistlərə xidmət göstərilməsi hər evdə müəyyən tələblərə cavab verə biləcəyi səviyyənin olmasını tələb edir. Bu da həmin kənd qonaq evlərində bu səviyyənin zamandan-zamana daha da yüksəlməsinə səbəb olur. Kənd yaşıl turizm növünün inkişafı kənd sakinlərinin əlavə gəlir mənbəyi olmaqla yanaşı onların ətraf mühitin qorunmasında daha çox maraqlı olmasına səbəb olar. Bu isə təbiətin mühafizəsi, ekoloji tarazlığın gözlənilməsi üçün zəmanətdir.
Dövlət tərəfdən turizm fəaliyyətinin tənzimlənməsi ölkəmizdə turizmin inkişafına əməli təsir göstərir. Bakı-Astara avtomagistral yolunun tam şəkildə istifadəyə verilməsi bu regiona turist axının artmasına səbəb olacaqdır. Cənub regionunda turizm infrastrukturunun inkişafı ərazinin sosial-iqtisadi inkişafının özəyini təşkil edə bilər. Kiçik və iri müəssisələrin artımı ilə sahibkarların yerli büdcəyə etdikləri ödənclərin ərazinin kommunal xidmət sahələrinin daha da yaxşılaşmasına imkan yaradır. Regionda turizm sənayesinin inkişafı digər sahələrin inkişafına dəstək olar. Ərzaq məhsulları istehsalı, xidmət sferası daha çox inkişaf edə bilər.
Ərazinin turizm regionu kimi tanınması mərkəzi və yerli icra hakimiyyəti orqanlarından çox asılıdır. Bunun üçün isə, istirahət mərkəzlərinin fəaliyyətinə əlverişli imkanların olması, yerli və xarici biznesmenlərin investisiya qoyuluşları üçün münbit şəraitin yaradılmasıdır. Eyni zamanda turoperatorlar bu regiona müxtəlif xüsusi maraq turları ilə ölkə vətəndaşları və xarici turistlərin gəlməsi üçün müvafiq reklam kampaniyaları keçirməlidirlər.
Regionun özündə də yerli turoperatorların fəaliyyəti ilə Lənkəran beynəlxalq hava limanının imkanlarından istifadə etməklə bura, xüsusilə, xarici turistlərin birbaşa gəlməsini təşkil etmək olar. Turistlərin daha uzunmüddətli istirahətinin təşkili üçün Cənub regionunda hər şərait vardır.
Regionlarımızda turizmin irəliləməsi - yeniliyin gətirilməsi deməkdir, sakinlərin dünyagörüşünün genişlənməsi və sosial durumun yüksəlməsi deməkdir.
Qəhrəman Yusupov
Azərbaycan Turizm İnstitutunun müəllimi




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info