“Petlim” limanı gələn ilin sentyabrında istifadəyə veriləcək
Tarix: 05.11.2014 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Türkiyənin Petkim yarımadasında inşa edilən “Star” neft emalı zavoduna indiyədək 1 milyard dollar vəsait sərf olunub. Ümumilikdə 5,6 milyard dollara başa gələcək zavod 2018-ci ilin birinci yarısında istifadəyə veriləcək.
Bu məlumatı Bakıda keçirilən İkinci “ARDNŞ NQNK Forumu”ndakı çıxışında “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin baş icraçı direktoru Kənan Yavuz səsləndirib. On milyon ton istehsal gücünə malik olacaq bu zavodun Türkiyənin neft məhsullarına tələbatının 40 faizini ödəyəcəyini deyən K.Yavuz 2023-cü ildə ölkənin ən böyük enerji şirkəti olmağı hədəflədiklərini bildirib. Kənan Yavuz qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İzmirin Əliağa bölgəsində həyata keçirdiyi layihələr çərçivəsində hazırda Petkim yarımadasında külək elektrik stansiyası inşa edir.
O bildirib ki, inşası davam etdirilən 51 meqavatlıq külək stansiyası ilə yanaşı, yarımadada kömür və “Star” neft emalı zavodunun xam məhsulları ilə işləyəcək 1500 meqavatlıq iki istilik elektrik stansiyası da tikiləcək. Onun sözlərinə görə,SOCAR-ın Əliağa bölgəsində reallaşdırdığı layihələrdən olan “Petlim” limanı gələn ilin sentyabrında istifadəyə veriləcək.
K.Yavuz bildirib ki, “Petlim” Türkiyənin üçüncü, Egey bölgəsində isə ilk böyük limanıdır. İlkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info