Moskva NATO-nun ittihamlarına cavab verir
Tarix: 05.11.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, bu ilin aprel ayından etibarən Rusiya və NATO arasında həm mülki, həm də hərbi əməkdaşlıq dayandırılıb. Məhz elə bu kontekstdə Moskva ilə Vaşinqton arasındakı münasibətlər mənfi səpkidə pisləşərək yeni bir soyuq müharibə həddinə gəlib çatıb. Bununla yanaşı, Moskva ilə NATO arasında bütün münasibətlər qarşılıqlı təhdidlərlə müşahidə edilməkdədir ki, bu da dünyanın bir sıra problemlərlə üz-üzə qalmasına gətirib çıxarmaqdadır.
Buna misal olaraq "İŞİD "in cəbhədə irəliləmə cəhdlərini, Talibanın yenidən Əfqanıstanda nəzarəti bərpa etmək arzusunu göstərmək olar. Əlbəttə, şübhə yoxdur ki, Rusiya və NATO arasında əməkdaşlığın dondurulmasında, ABŞ-ın xarici siyasətinin formalaşmasında Ukrayna böhranı böyük rol oynayıb. Bütün bunlar və digər məsələlərə münasibət bildirən Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko "Kommersant" qəzetinə açıqlama verib. O, bildirib ki, «Rusiya NATO-ya üzv ölkələrin Mərkəzi və Şərqi Avropada müdafiə potensialının yaradılmasında özünün hərbi planlaşdırmasını nəzərə alacaq». Qruşko alyansın Şərqi Avropa ölkələri ərazilərində yerləşdirilən müvəqqəti hərbi bazalarına da münasibət bildirib. Onun sözlərinə görə, Qərbə Rusiya Federasiyasının cavab kimi hərbi qüvvələrinin artırılmasını gözləmək lazımdır. O, daha sonra əlavə edərək bildirib ki, "alyansın yeni inkişaf etmiş konfiqurasiyasına bizim hərbi planlaşdırmamızda yenidən baxılacaq". «NATO qüvvələrin əməliyyat hazırlığını artırmaq və hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə qədər davam etdirmək niyyətindədir. Bu, gərginliyin artmasına birbaşa yol açır və bütün Avropada hərbi təhlükəsizliyin regional ölçüsünün pozulmasına gətirib çıxarır "-deyə Qruşko daha sonra qeyd edib . Rusiyalı diplomatın sözlərinə görə, «Şərq yamacı» tədbirlər paketini gücləndirmək» ümumiyyətlə, "böyük düşmən"ə qarşı NATO-nun orijinal müdafiə funksiyasını yaratmasının, təbii ki, uzunmüddətli siyasi nəticələri olacaq». Səfir eyni zamanda, Rusiyanın özünün genişlənməsi barədə Qərbin səsləndirdiyi ittihamları da rədd edib. Qruşko, həmçinin, NATO üzvü olan ölkələrin Rusiya təyyarələrinin tez-tez Avropa və Şimali Amerika ölkələrinin hava məkanına daxil olması barədə saxta ittihamları da təkzib edib. Xatırladaq ki, bu ilin sentyabrında NATO-nun Uelsdə keçirilən sammitində alyans hərbi varlığını Baltikyanı ölkələr də daxil olmaqla, Mərkəzi və Şərqi Avropada artırmağa qərar verib. Bununla əlaqədar, son aylar, bu bölgələrdə müntəzəm olaraq hərbi təlimlərin keçirilməsinə start verilib. Bu arada «Lenta.ru» saytına açıqlama verən Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Fedor Voytolovski bildirib ki, NATO-nun bütün varlığı dövründə onun fəaliyyətini Vaşinqton yönəldib. Müxbirin «Rusiya ilə alyans arasındakı əməkdaşlığı bərpa etmək mümkündürmü?» sualına «Bu, ABŞ-dakı hakimiyyət dəyişikliyindən sonra başlaya bilər» cavabını verib. Voytolovski daha sonra əlavə edib ki, bu, bəlkə indi də mümkün ola bilər, amma bunun üçün «Obamadan kifayət qədər siyasi iradə və müdriklik» tələb olunur.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info