“Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır”
Tarix: 06.11.2014 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüş keçirilib. İcmadan verilən xəbərə görə, görüşdə İdarə Heyətinin sədri Bayram Səfərov, İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Elman Məmmədov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, icmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov və icmadaxili məsələlər üzrə şöbə müdiri Nadir Bayramov iştirak edib.
B. Səfərov qonağa icmanın fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam edir. B. Səfərov bəyan edib ki, münaqişə yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə həll olunmalıdır: “Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.
Millət vəkili Elman Məmmədov isə qeyd edib ki, Böyük Britaniyanın bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərmək istəməsi müsbət haldır.
Devid Lidinqton da öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkilindən böyük məmnunluq hissi keçirdiyini söyləyib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi Böyük Britaniya və eləcə də bütün Avropa üçün çox vacib məsələdir: “Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info