Koreyada Azərbaycanla bağlı tədbir
Tarix: 06.11.2014 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Seul şəhərində Koreya Fondunun “Avrasiya Mühazirələri Seriyası” proqramı çərçivəsində “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda tədbir keçirilib. Azərbaycanın Koreyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə səfirliyin birinci katibi F.Cumayev tərəfindən tədbir iştirakçılarına mühazirə oxunub.
Koreya Fondunun baş qərargahında təşkil olunmuş mühazirədə 60-dək Koreyanın qabaqcıl Universitetlərinin müəllim və professor heyəti, yerli mədəniyyət və turizm təşkilatlarının və kiçik və orta müəssisələrin nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.
Mühazirə zamanı Azərbaycan iqtisadiyyatının inkişaf meylləri və investisiya mühiti, ölkəmizin əsas sənaye sahələrinin inkişaf səviyyəsi, neft və qeyri-neft sahələrində həyata keçirilən və nəzərdə tutulan yeni irimiqyaslı layihələr barədə məlumat verilib, bu sahələrdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizin regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrildiyi bildirilib.
Bundan əlavə, xarici siyasətin əsas vəzifəsi olan Ermənistan-Azərbaycan münaqişəsi, işğal olunmuş ərazilərdə vəziyyət, eləcə də bu təcavüz nəticəsində ölkəmizə dəymiş maddi və mənəvi ziyan və münaqişənin Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına törətdiyi maneələr barədə məlumat verilib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsip və normalarına uyğun həllinin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra Azərbaycan-Koreya münasibətlərinə toxunularaq 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Koreya və Azərbaycan Prezidentlərin qarşılıqlı səfərlərindən sonra fəal ikitərəfli əməkdaşlığın başlandığı qeyd olunub.
Həmçinin Cənubi Koreyanın Azərbaycan üçün önəmli tərəfdaş olduğu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi, təhsil, humanitar və İKT sahələrində uğurla inkişaf etdirildiyi, bu və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olması bildirilib.
Mühazirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Azərbaycan haqqında qısa metrajlı video çarx nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
VI Ankara Tibb Forumunda Azərbaycan səhiyyəsindəki yeniliklərdən bəhs olunub
10.12.2019
Azərbaycanla Özbəkistan arasında əczaçılıq sahəsində əməkdaşlıq Memorandumu imzalanıb
10.12.2019
“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb
10.12.2019
Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir
10.12.2019
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info