“BANM-in kampusu Qafqaz regionunda ən böyük kampus olacaq”
Tarix: 06.11.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi və “Schlumberger Logelco Inc.” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edərək bildirib ki, Azərbaycan dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkədir, hansı ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır, mütəxəssislərin hazırlanması isə ARDNŞ-in fəaliyyətinin inkişafında vacib istiqamətdir. ARDNŞ –in Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən danışarkən E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbi ARDNŞ-in strukturunda fəaliyyət göstərən ali məktəbdir və bu ali məktəbin əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin təhsil prosesini ən yüksək səviyyədə inkişaf etməklə, eyni zamanda transmilli şirkətə çevrilmiş ARDNŞ-in ölkə kənarında geniş fəaliyyətini nəzərə alaraq sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsidir. Bundan başqa ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verən E.Qasımov bildirib ki, qısa müddət ərzində əldə edilmiş uğurlar, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin, 2014-cü ildə isə 17 nəfərin Prezident təqaüdünə layiq görüldüyü barədə məlumat verib. Daha sonra hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların diqqətinə çatdırıb.
Üç il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq bildirən Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və hazırda dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkəti olduğunu bildirib, əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb və şirkətin kadr siyasəti haqqında məlumat verib. İnsan resursları Şlümberje şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Vilyam Qreys bu baxımdan ixtisaslı kadrlar onlar üçün qabaqcıl hədəf olduğunu bildirib və Azərbaycan Respublikasının neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazır olduqlarını qeyd edib.

Tədbir çərçivəsində Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti (Layın xarakteristikası ,Qazma, İstehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys Bakı Ali Neft Məktəbi ilə Şlümberji şirkəti əməkdaşlıq haqqında razılaşmanı imzalayıblar.
Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlənən tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması, 2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin,kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info