“Bizim diaspor, bizim media” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 06.11.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının Diskussiya Klubunda növbəti müzakirə keçirilib. “Bizim diaspor, bizim media” adlı dəyirmi masa, portalın Diaspor Jurnalistlər Birliyi ilə müştərək təşkilatçılığı sayəsində baş tutub. Müzakirələrdə “1905.az” portalından Fuad Babayev, Diaspor Jurnalistlər Birliyindən Fuad Hüseynzadə, Diasporla iş üzrə Dövlət Komitəsindən Elşad Miraləm, “Karabakhinfo.com” beynəlxalq elektron jurnalından Zaur Əliyev, “Baymedia.az” saytından Əli Zülfüqaroğlu və Elnur Eltürk, “Binəqədi” qəzetindən Siyavuş Əmirli və Vətənpərvər Gənclər Klubunun nümayəndəsi Vüqar Nuriyev iştirak ediblər. İnternet körpü vasitəsilə Diaspor Jurnalistlər Birliyinin Ukrayna təmsilçisi Qaraş Tağıyev də müzakirələrə qatılıb.
Fuad Babayev dəyirmi masanı açıq elan edərək qonaqları salamlayıb və hər kəsə tədbirdə iştirak etdiyinə görə təşəkkür edib.
Fuad Hüseynzadə bildirib ki, KİV diasporun əsas silahdır: “Xarici ölkələrdə çalışan Azərbaycan milli mədəniyyət mərkəzləri, orada yaranan Azərbaycan mühacirət ədəbiyyatı, nəşr olunan ayrı-ayrı mətbu orqanlar, kütləvi informasiya vasitələri bir daha sübut edir ki, bu gün Azərbaycan diasporunun fəaliyyət dairəsi genişdir. Bir sıra ölkələrdə Azərbaycan dilində radio və televiziya verilişlərinin, milli məktəblərin, ayrıca nəşriyyatların mövcudluğu Azərbaycan diasporunun böyük potensial gücə malik olduğunu sübut edir”.
Onun sözlərinə görə, Azərbaycan diaspor mətbuatının tarixini və bu gününü araşdıranda burada iki mövqedən yanaşmaq lazımdır: çap və elektron mediası.
Elşad Miraləm diasporun fəaliyyətində KİV-in əhəmiyyətli rol oynadığını vurğulayıb.
Dəyirmi masada Azərbaycan diasporunun fəaliyyətinin yerli, həmçinin xarici mediada işıqlandırılması sahəsində rast gəlinən problemlərin həlli imkanları tədbirdə geniş müzakirə edilib. Tədbirdə diaspor mediasının gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Qeyd edək ki, bütün bu təkliflər aidiyyəti qurumlara göndəriləcək.
Xatırladaq ki, “1905.az” Diskussiya Klubunda keçirilmiş dəyirmi masadan hazırlanmış geniş yazı 12 noyabrda “1905.az” portalında dərc ediləcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info