“Nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər”
Tarix: 06.11.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”. Bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. O bildirib ki, hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər: “Bununla bağlı daha çox təbliğatı işlər görülməlidir. Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir. Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar”.
Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev isə bildirib ki, bu il təhsildə müəyyən ikili hallara yol verilməsi müşahidə olunub. Onun sözlərinə görə, onların siyahısı nazirlikdə var və hazırda təhlil gedir: “Elə hallar var ki, bir şagird iki məktəbdə qeydiyyatdan keçir. Əgər şagirdlər iki yerdə qeydiyyata düşürsə, onlar araşdırılır. Bundan əlavə, bir çox başqa hallar da var. Bəzi valideynlər müəyyən yaşdan sonra övladlarının məktəbə getməsini istəmir. Əgər valideynlər övladlarını məktəbə getməyə qoymurlarsa, Təhsil Nazirliyi bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Prezident: “Ermənistanın yeni hökuməti özünü demokratik hökumət kimi göstərir”
15.11.2019
Səudiyyə Ərəbistanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.11.2019
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15.11.2019
Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Allahşükür Paşazadə: Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info