Müsavatda sular durulmur
Tarix: 06.11.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Mərkəzi Nəzarət-Təftiş Komissiyası Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntular haqqında arayışı ilə bağlı heç bir əks arqumenti, rəyi qəbul etmədi. Hazır rəylə iclasa qatılmışdılar. Rəyin də müzakirəsi olmadı, sadəcə, onu oxudular”.
Bu sözləri Müsavat məclisinin sabiq üzvü, partiyanın qurultayında say komissiyasının üzvü olmuş Hamlet Səfixanlı deyib.
H. Səfixanlı bildirib ki, Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Qubad İbadoğlunun qurultaydakı pozuntular haqqında arayışına obyektiv baxmayıb: “Mən və Hikmət Hacızadə öz iradlarımızı səsləndirdik, onlar isə bunları nəzərə almadılar. Bəyan etdilər ki, hər şey düzgündür, qanunidir və heç bir pozuntu yoxdur. Mənim iradım ondan ibarət idi ki, 28 sentyabrda qurultayın davam olmalı idi. Qurultay olmadan məclisin iclasını elan ediblər. Halbuki məclisin vaxtı əvvəlcədən elan olunmalı, gündəliyi açıqlanmalıdır”.
H. Səfixanlı qeyd edib ki, qurultay seçkilərinə qədər müəyyən rayon təşkilatlarında keçirilən konfranslarda pozuntular olub və bu məsələlər zaman-zaman Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində qaldırılsa da, başqan Arif Hacılının adamları problemin həllinə imkan verməyiblər: “Misal üçün deyə bilərəm ki, qurultaydan öncə partiyanın Gəncə şəhər təşkilatının üzvləri Samux rayon təşkilatından qurultaya nümayəndə seçiliblər. Burada qeydiyyatın pozulması halları baş verib. Əgər həmin şəxslər Samux rayon təşkilatından seçilmək istəyirdilərsə, Gəncə şəhər təşkilatına ərizə verməli və sonra təşkilat şöbəsi onların qeydiyyat yerini dəyişməli idi. O cümlədən, qurultay öncəsi bir neçə rayon təşkilatı Mərkəzi Nəzarət-Təftiş Komissiyasının rəyi olmadan buraxılıb. Məsələn, Zəngilan, Ağdam və Xocalı rayon təşkilatları buraxılıb. Bu, Nizamnaməyə uyğun deyil”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05.12.2019
Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05.12.2019
Müxalifət “dialoq ideyası” ilə ayaqda durmağa çalışır
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info