“Avropa Oyunları ölkəmizin qüdrətindən xəbər verir”
Tarix: 06.11.2014 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


|

YAP Binəqədi rayon təşkilatının üzvü

Bakı 2015 ilk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 2012-ci il 8 dekabr tarixində Romada keçirilmiş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasının iclasında qəbul edilmişdi. Sevindirici haldır ki, iştirakçılar arasında gizli səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul olundu. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi hal deyil. Bu gün Azərbaycan idmanı Avropa Olimpiya hərəkatının ayrılmaz bir hissəsidir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi və bu yarışda müxtəlif xalqların bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda idman, gənclər, mədəniyyət və digər sahələr dövlətin daim diqqət mərkəzindədir. Məhz bu səbəbdən Bakıda İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır. Bu, Azərbaycanın beynəlxaq arenada nüfüzunun göstəricisidir. Bakı 2015 İlk Avropa Oyunları ölkəmizin qüdrətindən xəbər verir. İlk oyunların məhz Bakıda keçirilməsi böyük nailiyyətdir, bizim uğurumuzdur və ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və Dünya çempionatlarında əldə etdiyimiz təcrübəyə əsaslanaraq, onu qeyd etmək lazımdır ki, bu, dünya tarixinə keçəcək hadisə olacaq. Azərbaycanın dünya miqyasında nüfüzunu daha da artıran "Eurovision-2012" beynəlxalq musiqi yarışmasının yüksək səviyyədə, böyük uğurla keçirildiyi kimi, Bakı 2015 İlk Avropa Oyunlarının da ən yüksək səviyyədə, ideal həyata keçiriləcəyi heç bir şübhə dogurmur. Bununla bağlı Prezident İlham Əliyevin bir fikrini qeyd etməyi lazım bilirəm. Cənab Prezident deyir: " Mən qeyd etmək istəyirəm ki, oyunlar yüksək səviyyədə keçiriləcək. Beləliklə, Bakı Olimpiya Oyunlarını qəbul etməklə verdiyi töhfəsinə görə, Avropa Olimpiya Komitəsinin tarixinə daxil olacaq”
Azərbaycan bu gün beynəlxalq sferada böyük etimada sahib bir dövlətdir. Azərbaycan son illər ərzində dinamik inkişaf edən, heç bir dövlətə təzim etməyən, müstəqil siyasət yürüdən və bölgədə söz sahibinə malik bir ölkədir. Müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, dünya miqyasında etibarlı tərəfdaş və etibarlı dost kimi tanınan Azərbaycanın, Bakı 2015 İlk Avropa Oyunlarından sonra nüfüzunun daha da artacığını, ölkəmizə olan etimadın daha yüksək səviyyəyə çatacağını qətiyyətlə söyləmək olar. Atılan bu mühüm addım Azərbaycanın heç bir sahədə də digər inkişaf etmiş ölkələrdən geridə qalmadığını sübuta yetirən və ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən mühüm məsələlərdən biridir. Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə olmasını BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi və çox mühüm bir hadisə idi.
Təbii ki, Bakı 2015 İlk Avropa Oyunları ölkəmizin iqtisadiyyatına müstəsna təsir edəcək amillərdəndir. Bu, ölkəmizin iqtisadi gücünə güc qatacaq, turizm sahəsinin daha da inkişaf etməsində böyük rol oynayacaq. Belə ki, İlk Avropa Oyunlarının davam etdiyi müddət ərzində Azərbaycana minlərlə turist axını olacaq ki, bu da öz nöbəsində Azərbaycan mədəniyyətini bir daha dünyaya çatdırmağımıza mühüm şərait yaradacaq.
Həmçinin sağlam tərəfdaşlarımızın sayının artacağını da proqnoz etmək olar. Qarşıda duran ən vacib məsələlərdən biri də, tədbirin dünyada təbliği və informasiya dəstəyidir. Dünya mediasında Avropa Oyunlarının keçirilməsi barədə məlumatların yayılması, Azərbaycan haqqında, xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində təbliğatının aparılması da önəmli addımdır.
Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda mötəbər tədbirlərin keçirilməsinə gənclər cəlb olunur. Bu sahədə kifayət qədər təcrübəmiz var. “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da gənclərin, könüllülərin köməyindən çox gözəl istifadə olunması və gənclərin özlərini çox yaxşı göstərdiklərinin nəticəsidir ki, I Avropa Oyunlarının təşkilati işlərində də, gənclərin aktiv fəaliyyəti planlaşdırılıb. Bu da ölkə rəhbərliyinin gənclərə olan diqqət və qayğısından qaynaqlanır.
Bu gün bütün diqqətimizin yönəldiyi əsas amillərdən biri olan Bakı 2015 İlk Avropa Oyunlarına hazırlıq dövrü intensiv şəkildə davam edir. Bu, olduqca məsuliyyətli bir dövrdür. Hər birimiz vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, bu dövrdə əlimizdən gələni etməliyik.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info