Rusiyada Nizami gecəsi keçirilib
Tarix: 06.11.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Rusiyanın Çuvaş Respublikasının paytaxtı Çeboksarı şəhərində ölkədə yaşayan müxtəlif xalqların “Birlik günü” çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Çuvaş regional bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Çuvaş Respublikasının başçısı Mixail İqnatyev, dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, mədəniyyət və digər qurumların nümayəndələri iştirak edib. Respublikanın mədəniyyət naziri Vadim Yefimov iştirakçıları təbrik edərək “Birlik günü” dövlət bayramının millətlərarası sülhün qorunub saxlanılmasında böyük rol oynadığını və tədbirin əhəmiyyətini qeyd edib.
Daha sonra iştirakçılar dəyirmi masa arxasında ölkədə yaşayan xalqların inkişafı ilə bağlı müzakirələr aparıblar. ÜAK-ın Çuvaş regional bölməsinin rəhbəri Əziz Bədirov "hər millətin sərvəti onun mədəniyyətinin zənginliyi ilə müəyyən edilir" fikrinə söykənərək xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün milli-mədəniyyət və ənənələrin qarşılıqlı zənginləşməsini təmin etməyin vacib olduğunu bildirib.
Regional bölmənin rəhbəri Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafına, regionda Azərbaycan diasporunun inteqrasiyasına, ÜAK-ın Çuvaş regional bölməsinin mədəniyyət və təhsil layihələrinin reallaşmasına göstərdiyi dəstəyə görə Çuvaş Respublikasının başçısı Mixail İqnatyevə Diasporla İş üzrə Dövlət Komitəsi adınan təşəkkürnamənə və Azərbaycan milli mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edilib.
Daha sonra ictimai fəaliyyətinə və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi töhfələrə görə ÜAK-ın Çuvaş regional bölməsinin rəhbəri Əziz Bədirova Çuvaş Respublikasının başçısı tərəfindən təşəkkürnamə təqdim olunub.
Tədbir Dövlət Opera və Balet teatrında təntənəli konsert proqramı ilə yekunlaşıb. Xatırladaq ki, 2012-ci ildə Çuvaş Respublikasının paytaxtı Çeboksar şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi qeyd olunmuşdu.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir
21.11.2019
Özbək tələbələr Azərbaycana dair muzeylərdə ekskursiyada olublar
20.11.2019
Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar
20.11.2019
Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info