“The Diplomat”: “Rusiya-Çin münasibətlərini ciddiyə almağın vaxtıdır”
Tarix: 06.11.2014 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


“İki ölkənin yaxınlaşmasının əsasında dünya nizamının tamam yenidən qurulmağa ehtiyacı olması barədə ideya dayanır”

Yaponiyanın “The Diplomat” qəzeti Rusiya-Çin oxunun güclənməsindən narahatlıq ifadə edən yazı yazıb. Yazıda bildirilir ki, “Foreign Affairs”də Gilbert Rozman Rusiya-Çin münasibətlərinin nəyə görə uzunmüddətli olduğunu əsaslandırır: “Rozman təsdiq edir ki, biz yaxın gələcəkdə Çinlə Rusiya arasında parçalanma görməyəcəyik. Onlar əsasən milli özünüdərk və ideologiya sahəsində münasibətlərə malikdir. Putin və Çzinpin zamanında iki ölkənin yaxınlaşması orqanik hal alıb. İdeoloji istiqamət və geopolitik məqsədlər baxımından iki ölkənin mövqeyi xeyli dərəcədə üst-üstə düşür. Onlar rəsmən müttəfiq deyillər, amma onların birgə fəaliyyəti, Asiyada və bütün dünyada beynəlxalq münasibətlərə yönəlmiş mövqelərini ciddiyə almamaq olmaz. Rusiya-Çin münasibətlərini ciddiyə almağın vaxtıdır.
Bugünkü Rusiya və Çin arasındakı yaxınlaşmanın əsasında hazırkı dünya nizamının minimum bir alternativə və ya tamam yenidən qurulmağa ehtiyacı olduğu barədə ideya dayanır. Hər iki ölkənin elitası 2008-ci ildə maliyyə böhranı yaşayıb və onlara elə gəlir ki, Qərb modeli onlara adekvat və münasib deyil.
Rozman da qeyd edir ki, bugünkü Rusiya və Çinin intellektual elitası Qərbi, Ukraynada və Honkonqda hazırkı nizamsızlıqlara görə xoşagəlməz imperialist qüvvə kimi görür. Hər iki ölkədə mövcud olan belə bir qənaət, onlardakı millətçiliyi bir-birinə qarşı yox, Qərbə qarşı dayanmağa təhrik edir.
O da qeyd edilməlidir ki, hər iki ölkənin konfliktli münasibətləri də var. Məsələn, Rusiya Çinin ərazi düşmənçiliyi olan Hindistan və Vyetnama əsas silah ixracatçısıdır. Pekin bunu razılıqla qarşılamasa da, bu silah satışının Moskvanın xarici siyasətinin bir hissəsi olduğunu etiraf etməyə məcbur olub. Bu gün Putin özünün Avrasiya İttifaqı ideyasını həyata keçirməyə çalışır. Belə məqamda Pekinin regional və qlobal lider kimi güclənən mövqeyini nəzərə almamaq çox çətindir. Şanxay Əməkdaşlıq Təşkilatında, BRİKS-də təmsil olunan və “Qərbə qarşı marş” siyasətini yürüdən Çin, qarşıdakı on ildə Avrasiya məkanında yəqin ki, Rusiyanı ötüb keçəcək.
Bununla birlikdə Rusiya və Çin özlərinin diplomatik ritorikalarını ümumi pozitivə kökləyiblər. Məsələn, bunun bariz nümunəsi kimi iki ölkə arasında 400 milyard dollarlıq qazın ixracı ilə bağlı anlaşma məsələsini göstərmək olar”.
Daha sonra qeyd edilir ki, bu situasiyada nəinki Rusiya Çinə, Çin Rusiyaya geopolitik baxımdan daha çox lazımdır. Avropa ilə münasibətlərin pisləşməsi və neftin qiymətinin kəskin enməsi fonunda Rusiyanın özünü postsovet ölkələri və Çinə zəncirləməkdən başqa çıxış yolu qalmayıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info