Bakıda “Vergi ödəyicilərinə xidmət” mövzusunda regional seminar keçirilir
Tarix: 06.11.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Noyabrın 6-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Vergi ödəyicilərinə xidmət“ mövzusunda regional seminarı öz işinə başlayıb. Tədbiri vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq qonaqları salamlayıb və ECO katibliyinə bu tədbiri Azərbaycanda təşkil etdiyinə görə təşəkkürünü bildirərək, son dövrlərdə ölkəmizdə vergitutma sahəsində aparılmış islahatlar və həyata keçirilən müxtəlif layihələr, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə xidmət, elektron xidmətlər və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişlərinə uyğun olaraq vergi xidmətinin təkmilləşdirilməsi, modernləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir.
Azərbaycan Respublikası əksər Avropa Birliyi, Cənubi-Şərqi Asiya, Yaxın Şərq ölkələri, Kanada, Yaponiya və MDB üzvü olan dövlətlər də daxil olmaqla 48 ölkə ilə, o cümlədən, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 10 dövlətdən 6-sı ilə
gəlirlərə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlər imzalayıb.
Vergilər Nazirliyi ECO-ya üzv olan dövlətlərin vergi administrasiyaları ilə həm ikitərəfli formatda, həm də Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, MDB dövlətlərinin Vergi orqanları rəhbərlərinin əlaqələndirmə Şurası, İslam konfransı dövlətlərinin vergi administrasiyalarının Assosiasiyası çərçivəsində sıx əməkdaşlıq edir.
Sonra Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Azərbaycanın vergi orqanlarının nümayəndələrinin “Vergi ödəyicilərinə göstərilən xidmətlər”, “Vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkilində informasiya mənbələri. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlər”, “Vergi ödəyicilərinə xidmət: Çağrı və Xidmət Mərkəzləri”, “Vergi mədəniyyətinin yüksəldilməsində
xidmət: Çağrı və Xidmət Mərkəzləri”, “Vergi mədəniyyətinin yüksəldilməsində maarifləndirmə və məlumatlandırmanın rolu” mövzularında təqdimatları dinlənilib.
Noyabrın 7-də nümayəndə heyətinin Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamenti, sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində “bir pəncərə” sistemi, Çağrı və Xidmət Mərkəzinin, habelə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzi ilə tanışlığı nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info